Daşınmaz əmlak bazarında qiymətlər artacaq

Daşınmaz əmlak bazarında qiymətlər artacaq

Bakı şəhərinin mərkəzi və mərkəzinə yaxın ərazilərdə tikilən layihələrdə dekabrın sonuna 1 kv.m sahənin orta qiyməti 1837 manat təşkil edib.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə dekabr ayında paytaxtın daşınmaz əmlak bazarında aparılan araşdırmaya əsaslanaraq, "AS Group Investment" Şirkətlər qrupu nəzdində Strateji araşdırmalar mərkəzindən məlumat verilib.

4 layihədə qiymət enişi müşahidə olunub. Bu, əsasən, ipoteka proqramının dayandırılması ilə əlaqədardır. Xatırladaq ki, 2016-cı ildə Bakı şəhərində inşa edilən əksər layihələrdə Azərbaycan Beynəlxalq Bankının xətti ilə 20 illik ipoteka təklif olunurdu. Bunun məntiqi nəticəsi olaraq, 2016-cı ilin yanvar-noyabr aylarında daşınmaz əmlakın tikintisinə və alışına (ipoteka daxil) ayrılan vəsaitin həcmi 181 milyon manat artaraq 1 695 milyon manat təşkil edib (Mərkəzi Bankın məlumatı). Layihələrdə mənzilin nağd satış qiyməti ilə ipoteka ilə satış qiyməti arasında 10-15% fərq var idi. Hazırda əksər layihələrdə mənzillər yalnız nağd satış qiyməti ilə təklif olunur ki, bu da layihədən asılı olaraq 1m² qiymətində 250 manatadək enişə səbəb olub.

Qiymət artımı isə əsasən tikintisi bitmək üzrə olan bəzi layihələrdə müşahidə olunur. Ümumilikdə, mərkəzə yaxın yerləşən layihələrdə qiymət artımı 50-300 manat təşkil edib.

Strateji araşdırmalar mərkəzinin proqnozuna əsasən, kəskin rəqabətə baxmayaraq, keyfiyyəti və etibarlı developer imicini üstün tutan tikinti şirkətləri bundan sonra da qiyməti artırmağa meyilli olacaq. Digər tərəfdən, dolların daha sərfəli investisiya alətinə çevrilməsi daşınmaz əmlak bazarına maliyyə axınını məhdudlaşdırır.

Proqnoza görə, tikinti şirkətlərinin müştəri uğrunda apardığı mübarizə daha da kəskinləşəcək.

Strateji araşdırmalar mərkəzi müştərilərə mənzil alan zaman, xüsusilə indiki zamanda tikinti şirkətini, tikintinin gedişatını, istifadə olunan materialları və təklif edilən xidmətləri dərindən araşdırmağı tövsiyə edir.



OXŞAR XƏBƏRLƏR

Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.   Sfera.az xəbər verir ki, məlumatı Gürcü...

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB

2024-cü ilin 1-ci rübündə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 25,5% azalaraq 134,5 milyon ABŞ dolları təşkil edib.   Sfera.az APA-ya isti...

"Atletik"in oyunçusu klubu TƏRK EDİR - 15 ildən sonra...

"Atletik"in yarımmüdafiəçisi İker Munyain cari mövsümün sonunda İspaniya klubunu tərk edəcək.   Sfera.az bildirir ki, 31 yaşlı futbolçu bu...

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Ə...