Daşınar əmlakla bağlı reyestrdən çıxarışlar “ASAN xidmət”də veriləcək

Daşınar əmlakla bağlı reyestrdən çıxarışlar “ASAN xidmət”də veriləcək
Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən istifadəyə verilmiş Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (Reyestr) xidmətlərinin əhali üçün daha əlçatan olması məqsədilə Palata və "İnnovasiyalar Mərkəzi” MMC arasında müqavilə imzalanıb.


Palatadan verilən məlumata görə, müqaviləyə əsasən, Bakı şəhərində fəaliyyət göstərən 1 və 4 saylı "ASAN xidmət” mərkəzlərində Reyestrdən çıxarışların təqdim olunması üzrə ödənişli xidmətin göstərilməsi nəzərdə tutulub. Qeyd edək ki, Reyestr kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışını təmin etmək və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb. Bu günə qədər //mpcr.fimsa.az/ internet səhifəsində fəaliyyət göstərən Reyestrdə qeydiyyatdan keçənlərin sayı 600 nəfərə yaxın, bildirişlərin sayı isə 15,000-dən çoxdur./trend
 

OXŞAR XƏBƏRLƏR