Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin siyahısında dəyişikliklər edilib

Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin siyahısında dəyişikliklər edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, siyahının "Qeydiyyata alınan əmlak növləri" sütununda 4-cü hissə aşağıdakı redaksiyada verilir:

"Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələri".

5-ci hissə aşağıdakı redaksiyada verilir:

"Texnoloji nəqliyyat vasitələri, habelə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələri".


OXŞAR XƏBƏRLƏR