Hadİsə

Daş karxanasında ölüm: darvaza kişinin başına dəydi

Daş karxanasında ölüm: darvaza kişinin başına dəydi

Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən karxanaların birində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu karxananın darvazasının qarşısında müxtəlif dərəcəli xəsarətlərlə aşkar edilib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, Y.Bayramov iri yük avtomaşınların giriş-çıxışı üçün nəzərdə tutulan darvazanı rəngələmək istəyərkən qapı onun baş və sifət hissəsinə dəyib.

Fakt araşdırılır.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031