Daş böyrək çatışmazlığı əmələ gətirir

Daş böyrək çatışmazlığı əmələ gətirir
 

İnsan yaşa dolduqca bəzi xəstəliklərlə üzləşir. Bunlardan biri də öddə, böyrəkdə olan daşlardır ki, onların əmələ gəlməsində səbəb orqanizmdə olan çöküntülərdir.

Sfera.az  axşam.az-a istinadən bildirir ki, böyrək paxlayabənzər cüt orqan olub, uzunluğu 10-12 santimetrdir. Gün ərzində böyrəklər 200 litr qan filtrasiya edir. Həmçinin böyrək arterial təzyiqin normada saxlanılmasında böyük rol oynayır, sümük toxumasının yaranmasında iştirak edir. Sidiyin əmələ gəlməsində və xaric olunmasında böyrəklərin rolu böyükdür. Bu zaman hansısa bir pozğunluq yarandıqda, böyrəkdə mineral çöküntülər əmələ gəlir. Get - gedə bu çöküntülər daşlaşır və  böyrək daşı əmələ gəlir.

Böyrəkdə daş əmələ gəlməsinin əsas səbəblərindən bir də maddələr mübadiləsinin və su-duz balansının pozulmasıdır. Duz balansı pozulduqda  böyrəkdə duzun miqdarı artır, duz daşlaşmağa başlayır. Oturaq həyat tərzi də böyrəkdə daş əmələ gəlməsinə səbəb olan amillərdəndir. Oturaq həyat şəraiti kalsiumun sümüklərdən xaric olmasını sürətləndirir, qanda kalsiumun miqdarı yüksəlir, sidiklə ifrazı artır. Bu da daş əmələ gəlməsini sürətləndirir.

 Böyrək daşları müxtəlif olur:
· Urat
· Fosfat
· Oksalat
· Sistin

Qidada ət yeməklərinin üstünlük təşkil etməsi urat daşlarının, süd məhsullarının çox olması isə fosfat daşlarının əmələ gəlməsinə şərait yaradır. Müasir dövrdə daha çox oksalat daşlarına rast gəlinir. Sistin daşlara isə çox nadir hallarda rast gəlmək olur.

Kliniki əlamətlər

Daşlar  ilk əvvəllər böyrəyin kasa-ləyən adlanan hissəsində əmələ gəlir. Burada olan zaman daş sidik axınına təsir etmir. Daş getdikcə sidik axınına düşür. Belə halda xəstədə dəhşətli ağrılar baş verir. Getdikcə daş daha da irəliləyir və sidik axarının mənsəbini tamamilə tutur. Bu zaman sidik xaric oluna bilmir, böyrəkdə yığışır. Ağrılar daha da kəskinləşir və bel nahiyəsinə, qarının aşağı hissələrinə vurur. Bu ağrılar aramla, günlərlə davam edə bilər. Belə halda hətta sidikdə qan da olur. Böyrək daşları sidik axınına mane olmadıqda, heç bir ağrı vermir. Böyrək daşı bəzən ürəkbulanma ilə də müşayiət olunur. Daşların uzun müddət böyrəkdə qalması, müalicə olunmaması böyrək çatışmazlığına gətirib çıxarır.



OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...