\"Danışılmış oyunlarla bağlı bundan sonrakı qərarlar çox sərt olacaq\"

\
 "İclasda danışılmış oyunlarla bağlı uzun müzakirələr aparıldı. Bundan sonrakı qərarlar çox sərt olacaq”.

Bunu "Report”a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov deyib. O, məlumatların məxfi saxlanılmalı olduğunu vurğulayıb: "Bizə çoxlu məlumatlar daxil olub. Bunları açıqlamaq düzgün olmaz. Hər kəs buna qarşı mübarizə aparmalıdır. İclasda da hər kəsə tapşırıldı ki, belə hadisələrə biganə yanaşmayaq. Bu məlumatları isə bizə UEFA verib. Ona görə də ciddi yanaşmalı və müzakirə aparıb, aradan qaldırmaq üçün əlimizdən gələni etməliyik”.

V.Sadıqov danışılmış oyunlarla bağlı araşdırmaların aparıldığını da diqqətə çatdırıb: "Bu cür məsələlərə baxan oraqnlara da tapşırılıb. Buna cavabdeh olan insanlar var. Daxil olan məlumatlar barədə sübut olmalıdır ki, şübhə kimi qalmasın. Hər birimizdən xahiş olunub ki, məsələyə ciddi yanaşaq və hər şeyə aydınlıq gətirək. Biz də futbolumuzun inkişaf etməsini və şəffaf şəraitdə fəaliyyət göstərməsini istəyirik". 

Konfransda danışılmış oyunlara qarşı e-mailin hazırlandığını xatırladan veteran futbolçu "Kimdəsə hər hansı gizli məlumat varsa, ora göndərə bilər. Danışılmış matçlarda şübhəli bilinənlər I Divizion klublarıdır. Onların adlarını açıqlaya bilmərik".
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Tıxaclara qarşı necə mübarizə aparmalıyıq? – Ekspertdən TƏKLİF

Tıxaclar Bakıda uzun müddətdir davam edən problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün yeni yol qovşaqları, tunellər, körpülər tikilir və yollar...

"Bu hədəf üçün qarşıdakı həftələrdə yeni layihələrimiz olacaq" - Eşqi Bağırov

"4 mindən çox ümumi təhsil müəssisələri fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agent...

Bakıda bu yol 3 gün bağlı olacaq - Sürücülərin NƏZƏRİNƏ!

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkət məhdudlaşdırılacaq.   Sfera.az xəb...

Bu ölkədə 16 yaşında cinsiyyət dəyişdirmək mümkün olacaq 

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi 16-ya endirilib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb. &n...

Azərbaycan bu il ən çox hansı malları ixrac edib? - SİYAHI

Azərbaycanın kənd təsərrüfatı mallarının ixracı bu il yenidən artır. Ötən il aqrar malların ixrac dəyəri azalmışdı. Amma bu ilin birinci rübünün nəticələri göst...

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi BRİFİNQ KEÇİRİR - FOTOLAR

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) brifinqi keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağıro...