Danimarkalı polis məmuruna dünyadan evlilik təklifi yağır - Səbəb isə

Danimarkalı polis məmuruna dünyadan evlilik təklifi yağır - Səbəb isə

Danimarkaya gələn qaçqınlar arasında, kiçik Suriyalı qız uşağı ilə oynayan polis məmuru bir anda məşhur olub. Qaçqın qız uşağı ilə oynayan polisə dünyanın hər yerindən evlənmə təklifləri yağır. Polis Təşkilatı və qəzetlərə göndərilən mail və oxucu məktublarından qadınlar, "Belə bir polis üçün mən də sərhədləri aşaram"- kimi cümlələr yazılır.Danimarkanın Almaniyaya qurudan bağlı Jylland yarım adasının cənubundakı Padborg şəhəri yaxınlığındakı şosedə, ovucunda bir şey saxlayaraq polisə "tap baxaq hansı əlimdədi" şəklində sual verən və qarşılığını da gülər üz və sevgi alan qız uşağının xoşbəxtliyi bütün dünya qadınlarına təsirli görünür.BT qəzetinin müxbiri Claus Fisker tərəfindən çəkilən rəsmi görən qadınlar polis məmuruna evlənmə təklifləri göndərərək, o polisin ürəkləri fəth etdiyini yazırlar.BT qəzeti qadınlardan birinin "Mən bu polis məmurunun kim olduğunu bilmirəm amma onun üçün mən də sərhədləri aşarım. Həm yaxşı, həm də yaraşıqlı olduğu üçün" sözlərini yazdığını şərh edib.Qəzet imgur.com adlı ictimai paylaşma saytında şəkilin 1.2 milyon adam tərəfindən paylaşıldığını yazdı. Sosial mediada ayrıca Danimarkalı polislərin ABŞlı polislərdən daha insancıl olduğu şərhi yazılıb.

Aydan


OXŞAR XƏBƏRLƏR