Danimarka BƏƏ-yə silah satışını dayandırdı

Danimarka BƏƏ-yə silah satışını dayandırdı
Danimarka Yəməndə yaşanan humanitar böhrandakı rolu səbəbilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah satışını dayandırıb. Bu barədə Danimarka xarici işlər naziri Anders Samuelsen parlamentdə məlumat verib. 
 
O, Yəməndəki müharibənin bir parçası olaraq göstərilən BƏƏ-yə silah və hərbi ləvazimat ixracatının dondurulduğunu açıqlayıb. "İnformation" qəzetinin xəbərinə görə, Danimarka Xarici İşlər Nazirliyi Baş Təhlükəsizlik İdarəsini də məlumatlandıraraq, BƏƏ-yə silah və hərbi ləvazimat ixracatı icazələrinin ləğvini istəyib. 
 
Qeyd edək ki, BƏƏ husilərlə döyüşən koalisiya qüvvələrinə rəhbərlik edən Səudiyyə Ərəbistanının müttəfiqi olaraq Yəməndə yer alır. Xatırladaq ki, jurnalist Camal Qaşıqçı cinayəti və Yəməndə yaşanan humanitar böhrandakı rolundan dolayı Danimarka hökuməti 22 noyabr 2018-ci ildə Səudiyyə Ərəbistanına da silah və sursat satışını dayandırmışdı. 


OXŞAR XƏBƏRLƏR