Damlaya görə izdiham yarandı - Polis qarışdı + Video
15:00 / 15.03.2019
2820
Müğənni Damla yenə də pərəstişkarlarının izdihamı ilə üzləşib. Bu gün sənətçi mağazalardan birinin açılışında iştirak edib.
Sosial şəbəkələrdə paylaşılan videoda müğənninin fanatları ağlayaraq onunla şəkil çəkdirmək istədiklərini bildiriblər və müğənni polis və mühafizə əməkdaşlarının köməkliyi ilə maşına minib.
İzdihamda Damlanın avtomobili hərəkət edə bilməyib.
Sənətçi daha sonra ağlayan gənc qızı maşınına dəvət edərək selfi çəkdirib, söhbət edib.