Damlanın \"Youtube\" kanalını darmadağın etdi - SƏBƏB ?

Damlanın \
Sfera.az xeberci.az-a istinadən bildirir ki, günün tələbatlı ulduzu Damlanın "Youtube" kanalı bir neçə müddətdir ki, silinib.  İfaçı bu işdə güvəndiyi, "Youtube"a aid bütün işlərini həvalə etdiyi Rafiz Cəfərzadəni günahlandırır. 35 milyondan çox ümumi  baxış sayı olan sözügedən kanal artıq yoxdur. Bundan əlavə ifaçı iddia edir ki, Rafiz ona verilən etibarnamədən sui istifadə edib. Çünki ifaçı ona rəsmi qaydada etibarnamə verib. Damla "Youtube" kanalının silinməsi ilə bağlı olan sualları cavablandırıb:

" Bəli, Rafiz Cəfərzadə mənim rəsmi "Youtube" kanalımı silib.  Bu günə kimi mənim Youtube kanalımdan gələn gəlirdən xəbərim belə yox idi. Heç bu barədə ona bir kəlmə də demirdim, fikirləşirdim əziyyət çəkir halal xoşu. Bir neçə gün öncə dedim ki, Rafiz "Youtube" kanalımın şifrəsini ver, işdən kənarlaş, bu günə kimi nə qazanmısan halal xoşun. Ya da mənə aylıq ödəniş gələndə bundan mənim də xəbərim olsun. Gördüm Rafiz bununla çox sərt şəkildə razılaşmır və etiraz edir. Məcbur olub polisə şikayət edəcəyimi dedim, gördüm yenə fikrimi izah edə bilmirəm. Rafiz bildirdi ki, əgər polisə müraciət etsəm o zaman kanaldakı mahnıları siləcək. Və belə də oldu. Mən polisə müraciət etdim, o da kanalı bir gün içində yox etdi, adını dəyişdi, mahnılarımı sildi. Təbii ki, mən hüquq-mühafizə orqanlarına müraciət etmişəm, bu oğurluq cavabsız qalmayacaq, əminəm. Ancaq mənim kimi ona inanıb, öz işini həvalə edən sənət dostlarıma səslənirəm ki, eyni səhvi etməsinlər və bu şəxsi yaxşı tanısınlar".
 
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR