Damla: “Üzeyir Hacıbəyovun kim olduğunu bilmirlər,amma mənim mahnılarıma qulaq asırlar”

Damla: “Üzeyir Hacıbəyovun kim olduğunu bilmirlər,amma mənim mahnılarıma qulaq asırlar”
Azərbaycanlı müğənni, yerli şou-biznesdə daha çox Damla ləqəbi ilə tanınan Məsumə Məmmədova bu günlərdə "Çamadan" mahnısına çəkdirdiyi yeni klipini təqdim edib.

Sfera.az
bildirir ki, müğənni Sputnik Azərbaycan-a müsahibəsində ictimaiyyəti maraqlandıran suallara cavab verib.

- Damla, niyə siz məhz bu mahnınıza klip çəkdirmisiz?

- Bilirsiz, həmişə mahnılarımın müəlliflərindən xahiş edirəm ki, mənə elə mahnı yazsınlar, hər kəsin ürəyinə yol tapsın. "Çamadan" mahnısına qulaq asan kimi ürəyimə yatdı. Onun sözlərini Elçin Məhərrəmov, musiqisini isə Cəsur Əbdürrəhmanov yazıb. Klipin çəkilişi bir çox Türkiyə ulduzlarının kliplərini çəkmiş məşhur türk rejissor İrəm Haykirə həvalə olunub. Çəkilişlər İstanbulda həyata keçirilib. Mən hər şeydən razı qalmışam.

- Niyə öz seçiminizi edərkən türk rejissorun üzərində dayanmısız?

- Mən azərbaycanlı rejissorların xətrinə dəymək istəmirəm. Mənim Türkiyəyə üstünlük verməyimin səbəbi oranın texniki cəhətdən daha çox inkişaf etmiş olmasıdır. İstəyirdim ki, Azərbaycan tamaşaçısı klipdə gözəl səhnələr görsün. Mənim məqsədim hər zaman keyfiyyətli iş ortaya qoymaqdır. Klipdəki obrazlar həmçinin türk dizayner Selin tərəfindən qurulub.

- Sirr deyil ki, Türkiyədə klip çəkilişləri Azərbaycandan bahadır. Sirr deyilsə, bu klipiniz neçəyə başa gəlib?

- Mən heç vaxt öz maşınımı, əşyalarımı, mənzillərimi reklam eləməmişəm, ona görə də klipin çəkilişlərinə nə qədər vəsait xərcləndiyini də açıqlamaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, bu klip mənə çox baha başa gəldi. Amma nəticədən razı qaldım.

- Bir çox ulduzlar hesab edirlər ki, klip çəkdirmək artıq dəbdə deyil. Siz bu barədə nə düşünürsüz?

- Mənim çoxlu kliplərim var və onun dəbdə olub-olmamasının önəmi yoxdur. Mən həmişə çarxlar çəkdirirəm və hətta heç düşünmürəm ki, onları hara qoyacağam. Hətta heç onu da izləmirəm ki, mənim kliplərimi telekanallar göstərir, ya yox. Mən müğənniyəm və mənim işim oxumaq, klip çəkdirmək və konsertlər verməkdir.

Son zamanlar fikir vermişəm ki, illərlə klip çəkdirməyən müğənnilər belə klip çəkdirməyə başlayıblar. Onları tez-tez çəkdirmək lazımdır ki, Azərbaycan tamaşaçıları xarici kanallara baxmasınlar.

- Gələcəkdə Türkiyə şou-biznesinin bir hissəsi olmağı düşünürsüzmü?

- Hazırda elə bir arzum yoxdur. Mənə Azərbaycan şou-biznesi də kifayətdir. Əgər gələcəkdə təklif gəlsə, bu barədə fikirləşərəm. Bildiyiniz kimi hazırda mən filmlərə də çəkilirəm. Türk müğənni və aktyor Özcan Dənizlə eyni filmdə çəkilməyi arzu edirəm. Deyə bilmərəm ki, bununla bağlı nəsə edə biləcəyəm, ya yox. Amma bunu çox istəyirəm.

- Son vaxtlar siz sosial şəbəkələrdə ən çox müzakirə edilən şəxslərdənsiz. Sosial şəbəkələrdə və KİV-də sizə məxsus olduğu iddia edilən intim çarx barədə danışırlar. Bu məsələnin sizin yaradıcılığına hər hansı təsiri olub?

- Bütün bu söz-söhbətlər sayəsində məni daha çox sevməyə başlayıblar və bir çox həmkarlarım məni dəstəkləyiblər. Mən onların hamısına minnətdaram. Bu çarx barədə danışmaq istəmirəm. Dəfələrlə müxtəlif şayiələr yayaraq mənə zərbə vurublar. Mən susuram, cavab vermirəm ki, bu cür hərəkətləri dayandırsınlar. Amma paxıllığımı çəkənlər mənə rahatlıq vermirlər. Əgər məhkəməyə müraciət eləsəm və hansısa jurnalisti cəzalandırsam, deyəcəklər ki, qalmaqal yaradıram.

Dəfələrlə deyiblər ki, mən zövqsüzəm, dinləyicilərimi təhqir ediblər. Biz hamımız başa düşməliyik ki, heç də hamı təhsilli ailədə doğulmur. Bizim kəndlərimizdə elə adamlar yaşayır ki, onlar hətta orta məktəb təhsili belə almayıblar. Ola bilsin ki, onlar hətta Üzeyir Hacıbəylinin, Mikayıl Müşfiqin kim olduğunu bilmirlər, amma mənim mahnılarıma qulaq asırlar. Heç kəsin onları buna görə ittiham etməyə ixtiyarı yoxdur. Mənim mahnılarımı təhsilli insanlar da, təhsilsizlər də dinləyir. Buna görə onlara çox minnətdaram.

Bədxahlarım belə hərəkətləri ilə təkcə mənə deyil, komandama da zərbə vurmağa çalışırlar. Onlar bilsinlər ki, nə etsələr də, məni sındıra bilməyəcəklər. Belə şayiələr sayəsində daha çox adam məni öz toylarında, tədbirlərində görmək istəyir. Martın 20-də Moskvada ,21-də Sankt-Peterburqda, 22-də isə Permdə konsert proqramı ilə çıxış edəcəyəm. Toylara gəlincə, avqust ayına qədər qrafikim doludur. Odur ki, heç kəs narahat olmasın.

- Heç bədxahlarınızdan intiqam almaq barədə düşünmüsüz?

- Yox. Onlar danışmasın deyə, mən susuram. Danışmaq gümüşdür, susmaq qızıl. Həmişə qızılı seçirəm. Qoy nə qədər istəyirlər danışsınlar, mən susacağam.

OXŞAR XƏBƏRLƏR

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...