Damla fotoşopla başqa biri oldu - FOTO
14:34 / 16.09.2019
1132
Müğənni Damla (Məsumə Məmmədova) xarici görünüşündə dəyişiklik edib.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, 31 yaşlı ifaçı yeni layihə üçün imicini yeniləyib.
O, "Halal etmirəm" klipi üçün iki fərqli obrazda kamera qarşısına keçib.Damla sarı və qırmızı saçlı fotolarını instaqram səhifəsində paylaşıb.
Müğənni şəkillərin birinə "Bir qadını ortadan ikiyə böl, yarısı uşaqdır, yarısı ana" şərhini yazıb. Sənətçinin paylaşımlarına yazılan rəylərə əsasən, onun bu obrazları izləyicilər tərəfindən bəyənilib.