“Dağlıq Qarabağla bağlı həqiqəti elə yerdə dedim ki, bütün dünya eşitsin” – İlham Əliyev

“Dağlıq Qarabağla bağlı həqiqəti elə yerdə dedim ki, bütün dünya eşitsin” – İlham Əliyev
 

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin".

Sfera.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı səsləndirib.

Dövlət başçısı deyib: "Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdi. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin – canlı efirdə, Rusiyada, mötəbər "Valday” Klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər - münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam”.


OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...