Dağlıq Qarabağın azərbaycanlı icması işğal edilmiş ərazilərdə “seçkilər”lə əlaqədar bəyanat yayıb

Dağlıq Qarabağın azərbaycanlı icması işğal edilmiş ərazilərdə “seçkilər”lə əlaqədar bəyanat yayıb
 

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının işğal edilmiş Azərbaycan ərazilərində keçirilmiş "yerli özünüidarəetmə orqanlarınaseçkilər” ilə əlaqədar bəyanat yayıb.

Sfera.az xəbər verir ki,  bəyanatda deyilir:

"Azərbaycan   Respublikasının  işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 8 sentyabr 2019cu ildə "yerli özünüidarəetmə orqanlarına seçkilər” adı altında növbəti "seçki şousu” təşkil edilib. Reallıq hissini itirmiş təcavüzkar Ermənistan və əlaltısı olan cinayətkar Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur, heç bir hüquqi əsası yoxdur və demokratiya və seçki adına böyük bir təhqirdir. Qondarma xuntanın saxta "rəhbərləri” olan Bako Saakyan, Aşot Qulyan və onların ətrafındakı digər demokratiya "əzabkeşləri"nə bildiririk ki, onların demokratiya pərdəsi altında gizlənmək niyyətləri istehza doğurur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal    edildiyi   və   etnik   təmziləmənin  həyata  keçirildiyi bir   şəraitdə   bu "seçkilər” nəticəsi beynəlxalq  ictimaiyyət tərəfindən  tanınmayan və  təcavüzkarı növbəti dəfə ifşa edən bir şoudur. Əslində işğalçı Ermənistan və qanlı xunta belə"seçkilər”   keçirməklə   beynəlxalq   ictimaiyyəti   deyil,   yalnız   özü-özlərini   aldatmaqla məşğul olur.   Saxta   "seçkilər”   həmçinin   Ermənistan   hakimiyyəti   və   qondarma   rejim   arasında ixtilafların   mövcudluğunu   bir  daha   açıq   şəkildə   büruzə   verdi.   Bundan   isə   əziyyət çəkən   Azərbaycanın   Dağlıq   Qarabağ   bölgəsinin   azərbaycanlı   icması   ilə   bərabər, həm də elə erməni icmasıdır. Tam əminik ki, Dağlıq Qarabağda yaşayan ermənilər, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin konstitusiyası və bələdiyyələr haqqında qanunlarına uyğun olaraq yerli özünüidarəetmə orqanlarına keçiriləcək qanuni seçkilərdə iştirak edəcək".


OXŞAR XƏBƏRLƏR

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...