\"Dağlıq Qarabağdakı xarici şirkətlər əslində Ermənistanın işğalında iştirakçıdırlar\" - AVROPA MƏTBUATI

\

Tədqiqatçı alim Aleksandra Kristicin "moderndiplomacy" saytında yer almış "Human Misery monetized" başlıqlı məqaləsində müharibə dayansa da hələ də sülhün bərqərar olmadığı Qafqaz regionunda unudulmuş münaqişə fonunda işğaldan bəhrəlnmə haqqında bəhs edilir.

Sfera.az Trend-ə istinadən bildirir ki, məqalədə işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət geniş şəkildə işıqlandırılır və belə fəaliyətlə məşğul olan bır sıra xarici şirkətlərin adları qeyd olunur. Eyni zamanda, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində iqtisadi və kommersiya sistemi, həmçinin idxal və ixrac əməliyyatları və iqtisadi resurslar üzərində nəzarəti həyata keçirdiyi vurğulanır. Bununla yanaşı, Rusiya və Avropa İttifaqının üzvü olan dövlətlərin bankları vasitəsilə bu ərazilərə maliyyə vəsaitlərinin köçürüldüyü barədə məlumat verilir. Sözügedən ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərin əslində Ermənistanın işğalında iştirakçı olduqları, bununla da bu əraziləri tərk etmək məcburiyyətində qalmış məcburi köçkünlərin hüquqlarını pozduqları vurğulanır.

Məqalədə həmçinin Ermənistan hakimiyyəti tərəfindən Suriyada yaranmış humanitar fəlakətdən istifadə edilərək Qamışlı,Hələb və Suriyanın digər ərazilərində olan ermənilərin işğal edilmiş ərazilərimizdə, əsasən də Kəlbəcər, Zəngilan, Qubadlı və Laçın rayonlarında qeyri-qanuni olaraq məskunlaşdırıldığı qeyd olunur. Bir sıra beynəlxalq təşkilatların hesabatlarında əks olunduğu kimi bu zaman məcburi köçkünlərin əmlakının qarət edildiyi, onların evlərinin sökülərək yeni tikililər üçün material şəklində istifadə olunduğu, həmçinin bu ərazilərdə mövcud olan təbii ehtiyatların talan edildiyi diqqətə çatdırılır.

Müəllif qeyri-qanuni iqtisadi fəaliyyətlə, həmçinin qanunsuz miqrasiya yolu ilə Dağlıq Qarabağ bölgəsi və Azərbaycanın digər işğal edilmiş ərazilərində demoqrafiyanın və infrastrukturun dəyişidirilməsinə cəhd göstərildiyi xüsusi olaraq vurğulanır.

Müəllif erməni şirkətləri və əsasən erməni diasporunun nəzarəti altında olan xarici biznesin işğal edilmiş ərazilərin iqtisadi, demoqrafik və mədəni xarakterində daimi dəyişiklikləri mümkün etdiyini, həmçinin maliyyələşdirilməsində həlledici rol oynadığını qeyd edir. Bunun da öz növbəsində, şəxsi qazanclar və bu ərazilərin işğalının davam etdirilməsinin dəstəklənməsinə zəmin yaratdığını əlavə edir.

Məqalədə kənd təsərrüfatı və içki kampaniyaları ("Stepanakert Brandy Factory", "Artsakh Fruit CJSC") tərəfindən qeyri-qanuni istehsalı kamuflaj etmək üçün məhsulların bilərəkdən "Ermənistanda istehsal olunub" etiketi ilə markalandığı və bununla da dövlətlər, beynəlxalq alıcılar və istehlakçıların aldadıldığı bildirilir.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...