Dağlıq Qarabağda xidməti şəraitdən narazı olan erməni hərbçisinə işgəncə verilib

Dağlıq Qarabağda xidməti şəraitdən narazı olan erməni hərbçisinə işgəncə verilib
 Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi Edqar Akopyan döyülüb.

Sfera.az report-a istinadən xəbər verir ki, o, dözülməz xidməti şəraitdən narazı olduğu üçün orduda xidmət etməsi ilə bağlı imzaladığı müqaviləni pozmaq istəyib və bunu komandirlərinə bildirib. Bu zaman Dağlıq Qarabağdakı erməni separatçılarının silahlıları onu döyüb, təhqir ediblər.

E.Akopyan jurnalistlərə açıqlamasında deyib ki, çoxsaylı şikayətlərinə məhəl qoyan olmayıb: "Böyrəyimdə xəstəliklə bağlı problem olduğu üçün dəfələrlə komandirlərə müraciət etmişəm. Onlar mənim bununla bağlı ərizəmi cıraraq, məni məcburi olaraq, döyüş xəttinə xidmətə göndərməyə cəhd edib, məhkəmə ilə hədləyiblər”.

Jurnalist Süzan Simonyan hadisə ilə bağlı yazıb ki, E.Akopyan hərbi xidmət yerini qanunsuz olaraq, tərk edib, sonra geri qayıdıb: "Amma o, komandirləri və polis tərəfindən dəfələrlə işgəncəyə, fiziki zoralığa məruz qalıb. Edqar Akopyan hərbi dəstədən qaçaraq, Yerevana şikayətə gedəndə onu köhnə tarixlə, 2018-ci il yanvarın 17-də ordu sıralarından tərxis ediblərmiş”.

Ermənistanın "Jurnalistlər İnsan Haqları Uğurunda” hüquq müdafiə təşkilatı E.Akopyanın döyülməsi və ordudakı digər cinayətlərlə bağlı Ermənistan Baş Prokurorluğuna şikayət edib.

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...