Dağlıq Qarabağda erməni əsgəri öldü

Dağlıq Qarabağda erməni əsgəri öldü
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazisində erməni əsgəri ölüb.

Bu barədə erməni mətbuatında xəbər dərc edilib.

Məlumata görə, hadisə dünən baş verib. 2000-ci il təvəllüdlü Frunzik Tamazyan saat 18:00 radələrində qara ciyər çatışmazlığı və ürək dayanması diaqnozu ilə hərbi hospitala çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, saat 20:30-da hospitalda ölüb.

Hadisə ilə bağlı istintaq aparılır.

Qeyd edək ki, bu, Ermənistan ordusunda ötən gün qeydə alınan ikinci ölüm hadisəsidir. Dünən Ermənistan ordusunun sıravi əsgəri zabiti güllələyərək öldürüb.


OXŞAR XƏBƏRLƏR