Dağlıq Qarabağ münaqişəsi - 2: Alov qalxacaq

Dağlıq Qarabağ münaqişəsi -  2: Alov qalxacaq

Əgər dünya üçün Suriya və Əfqanıstanda dağıdıcı müharibələr, Ukraynadakı böhran azlıq edirsə, hərbi fəaliyyətlərin növbəti teatrı ən qısa müddətdə Cənubi Qafqazda ola bilər.

Ermənistan prezidentinin bütün ölkələr və beynəlxalq institutların Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığı Dağlıq Qarabağı ölkəsinin ayrılmaz tərkib hissəsi adlandırdığı bir vaxtda bu məsələ daha kəskin xarakter alıb.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin xeyli artmasını, son insan itkilərini və münaqişə tərəflərinin növbəti protokol görüşünün nəticəsizliyini nəzərə alsaq, dünyanın bütün ölkələri Yerevanın növbəti müharibəyə başlamasına qarşı səy göstərməlidir.

Hamı - diplomatlar, hərbi komandirlər, ekspertlər bir ağızdan deyirlər ki, közərən Dağlıq Qarabağ münaqişəsindən bütün Cənubi Qafqaz alovlana və bu alov regionun bütün ölkələrinə toxuna bilər. Buna baxmayaraq, dünya dövlətləri, qələmin bir hərəkəti ilə qoşun yeridən və iqtisadi sanksiyalar tətbiq edən, xalqları köçürən və hava məkanlarını bağlayan dünya liderləri Dağlıq Qarabağa qarşı bu təhdidləri sanki eşitmir.

Ümumilikdə isə dünya aktyorlarının hərəkətində yeni bir şey yoxdur - müharibəyə çevrilmək təhlükəsi olan böhranın inkişaf etdiyi şəraitdə dünya nədənsə həmişəki kimi bu müharibəni gözləyir, sonra isə fəaliyyətsizliyinin nəticəsini kədərlə müşahidə edir.

Biz hadisələrin bu cür inkişafını Yaxın Şərqdə, Ukraynada görmüşük, indi isə Dağlıq Qarabağda daha bir müharibənin şahidi ola bilərik. Regionda müxtəlif dünya oyunçularının maraqlarını nəzərə alsaq, bu müharibə təkcə iki ölkənin torpaq uğrunda müharibəsi olmayacaq, beynəlxalq siyasi arenada təsir uğrunda güclərin yoxlanılması üçün meydana çevriləcək.

Ancaq hazırda Ermənistana təsir edə biləcək, Azərbaycan ərazilərinin cəzasız işğalını dayandıra biləcək liderlər susurlar. Və susqunluq ümumilikdə təkcə regionda sülh üçün məhvedici deyil. O, həm də hər iki ölkə vətəndaşlarının öldürülməsi üçün silaha çevrilir. Əllərində sanksiyalar kimi alətlər olan dünya institutları başa düşmürlərmi ki, onların fəaliyyətsizliyi məhvedicidir və cinayətkarcasınadır? (trend)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...