Dağıstanda yerli futbolçular osetin həmkarlarını döydü – VİDEO
17:03 / 16.09.2019
1006
Dağıstanın paytaxtı Mahaçqala şəhərində futbol matçı zamanı kütləvi dava baş verib.
Sfera.az "Region Online”-a istinadən xəbər verir ki, davada təxminən 40 nəfər iştirak edib.
Hadisəyə məşqçilər və polis işçiləri müdaxilə etməli olublar.
Polislər davada iştirak edən 6 nəfəri saxlayıblar.
Yerli mətbuat bildirir ki, davanı məşhur dağıstanlı futbolçu Arsen Akayevin oğlu başlayıb: o, birinci olaraq osetin futbolçuya zərbə endirib.
Davada komandalardan birinin qapıçısı xəsarət alıb: onun burnu sındırılıb.