Dünya

Dağıstanda dişi ağrıyan şəxs stamatoloqu xəncərlə öldürdü

Dağıstanda dişi ağrıyan şəxs stamatoloqu xəncərlə öldürdü
 

Dağıstanın Dərbənd şəhərində diş həkimi xəncərlə ona müraciət edən pasientini öldürüb.

Sfera.az bildirir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi İnstaqram səhifəsində məlumat yayıb. Belə ki, oktyabrın 2-də səhər tezdən bir kişi diş həkiminin evinə gəlib və güclü diş ağrısından şikayətlənib. İş vaxtı həkim otağına müraciət etmək təklifinə, xəstə ağrılara dözə bilmədiyini bildirib. Qohumları tərəfindən oyanan həkim xəstənin dişini çəkmək üçün iş otağına gedib və bundan sonra faciə baş verib.

Hadisə yerinə dərhal gələn polis pasientin sol tərəfindəki sinə nahiyəsinə xəncərlə ağır xəsarət yetirilməsi nəticəsində öldüyünü təsbit edib. Hadisə yerindən cinayətin izləri və suvenir xəncər hadisə götürülüb.

Cinayətdə şübhəli bilinən şəxs axtarışa verilib.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031