Dağıstanda Azərbaycan dilində dərsliklər nəşr ediləcək

Dağıstanda Azərbaycan dilində dərsliklər nəşr ediləcək

 

 

Dağıstanda Azərbaycan dili üzrə dərs vəsaitləri proqramı hazırlanır.

Bunu Dağıstanın Milli Siyasət və Dini İşlər naziri Enrik Muslimov deyib.

Onun sözlərinə görə, proqram Azərbaycan dilində danışanlar üçün dərslik hazırlamağa imkan verəcək.

Nazir qeyd edib ki, respublikada Azərbaycan dilində tədris vəsaitləri çatışmır:

"Respublikanın Təhsil və Elm Nazirliyi ibtidadi məktəblər üçün dərslikləri əvəzləyən əlyazmalar hazırlayır. Dağıstanda təqribən 130 min azərbaycanlı yaşayır, bu da respublika əhalisinin 4,5 faizini təşkil edir".


OXŞAR XƏBƏRLƏR