“DaimOnline” kampaniyası daha iki universitetdə
19:00 / 13.12.2018
2504
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi olan Bakcell şirkəti özünün yeni "DaimOnline” tarif paketlərini gənc istifadəçilərə tanıtmaq məqsədilə daha iki universitetin tələbələri üçün maraqlı aksiya təşkil edib.
Belə ki, aksiya çərçivəsində Bakcell şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetində xüsusi "DaimOnline” stendi quraraq universitet tələbələrinə "Green Box”, "İnsta Print”, "Facebook Frame” və digər maraqlı oyunlar və əyləncələrdə iştirak edib müxtəlif hədiyyələrə sahib olmaq imkanı verib. Stenddə təşkil edilmiş maraqlı və şən tədbirlərində iştirak etmiş yüzlərlə tələbə həmçinin yeni "DaimOnline” tarif paketləri barədə ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, ötən ay bu aksiya Azərbaycan Tibb Universitetinin tələbələri üçün də keçirilmişdir.
Bakcell şirkətinin yeni "DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə və yaxud "Bakcell”in rəsmi "Instagram” və "Facebook” səhifələrinə daxil olun.