Daha Mehmanı siyasi alətə çevirmək alınmayacaq

Daha Mehmanı siyasi alətə çevirmək alınmayacaq
Mehman Hüseynovla bağlı xaricdə və daxildə olan anti-azərbaycan qüvvələrin təşkili etdiyi kampaniya fiaskoya uğradı. Artıq məsələ ilə bağlı Mehman Hüseynov özü birbaşa Prezident İlham Əliyevə müraciət edərək, kiminsə onun vəziyyətindən özü üçün istifadə etməsini istəmədiyini bildirib. Və qeyd edib ki, onu ancaq bir şey maraqlandırır, azadlığa çıxmaq. Bu fakt bir daha göstərir ki, antiAzərbaycan ünsürlərin cəhdlərilə hətta Avropa Parlamentində təcili "qətnamə” qəbul olunması sadəcə olaraq ölkəmizə qarşı qurulmuş oyun, siyasi ssenaridir. Əslində, hadisələrin elə ilk günündən bəlli olmuşdu ki, Mehman Hüseynov aclıq aksiyasını dayandırıb. Özü hüquq müdafiə təşkilatlarının nümayəndələri ilə görüşündə də vəziyyətinin yaxşı olduğunu bəyan etmişdi. Hüquqlarının qorunduğunu, ona qarşı heç bir təzyiqin olmadığını demişdi. Üstəlik, Azərbaycanda olan Avropa İttifaqına üzv ölkələrin diplomatik korpusların nümayəndələri də onun saxlandığı təcridxanada olub və bütün bu reallıqları təsdiq ediblər. Həqiqət bundan ibarətdir ki, Azərbaycan dövləti üçün onun hər bir vətəndaşı qiymətlidir və kiməsə qarşı humanist davranmaq lazımdırsa, bunu artıqlaması ilə edir. Yetər ki, heç kəs azadlıq və hüquq məsələsini siyasi alver predmetinə çevirməsin.

Əslində, Mehman Hüseynovla bağlı süni ajiotajın qardaşı Emin tərəfindən gündəmə gətirilməsi, qardaşının azad olunmasına mane  olması xüsusi xidmət əməliyyatına bənzəyir. Çünki Emin Hüseynovun həyat yoldaşı ABŞ xüsusi xidmət orqanlarının əməkdaşıdır. Məsələni araşdıran ekspertlərin fikrincə, struktural formada beynəlxalq təşkilatlara yerləşdirilmiş Soros şəbəkəsi milli dövlətlərə qarşı müxtəlif inqilab ssenariləri yazmaqla, sabitliyi pozmaq, beləliklə, həmin dövlətlərin intellektual və maddi resurslarını mənimsəmək niyyətindədir. Azərbaycana qarşı qısa müddətdə davam edən belə ssenari də istər beynəlxalq ictimaiyyət, istərsə də cəmiyyətimiz tərəfindən düzgün əsaslarda dərk edildi, eyni zamanda, Soros şəbəkəsinin özünüifşası ilə nəticələndi. Bənzər ssenarilər vaxtaşırı təkrar edildiyi üçün Azərbaycan ictimai şüuru bu cür hadisələrə qarşı siyasi immunitetə malikdir. Çünki bənzər ssenarilər dəfələrlə Azərbaycanın üzərində oynanılıb. Hər kəs bilir ki, bu cür ssenarilərin məqsədi xaos, qarşıdurma yaratmaq, beləliklə, Qarabağ probleminin həllini unutdurmaqdır. Azərbaycanın 2019-cu ildə problemin həlli ilə bağlı mühüm hədəflər müəyyənləşdirdiyinə diqqəti çəkən ekspertlər hesab edirlər ki, bu məsələ ilə bağlı bir sıra yeni gözləntilər olduğu halda, məhz ölkəmizin siyasi gündəmini dəyişdirib, bu məsələləri unutdurub demokratiya, insan hüquqları kimi süni məsələlərlə gündəm yaratmaq məqsədi ilə yazılmış bir ssenari həyata keçirilməyə cəhd edildi. Ancaq Azərbaycan ictimaiyyəti nəyin doğru olduğunu daha dəqiq bilir və öz milli məqsədlərinə çatmaq üçün prinsipial mövqeyini davam etdirir. Beləliklə, real vəziyyət, o cümlədən Mehman Hüseynovun son açıqlamaları, dövlət başçısına yazdığı məktub da Azərbaycana qarşı başladılan kampaniyanın süni şəkildə təşkil edildiyini, şişirdildiyini, heç bir fakta əsaslanmadığını açıq şəkildə sübuta yetirir.

Prezident İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə, özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar. Keçirilən etiraz aksiyası aparılan islahatlara qarşı formalaşdırılan müqavimətin ilk təzahürü də sayıla bilər.

Yeri gəlmişkən, Şəhidlər Xiyabanı Azərbaycanın müasir tarixində xüsusi çəkiyə malik, dövlət müstəqilliyi ideyasına güclü təkan verən, istiqlal mübarizəsini simvollaşdıran müqəddəs məkandır. Belə bir məkandan siyasi məqsədlər üçün istifadəyə cəhd göstərilməsi həm qanunvericliyə ziddir, həm də mili mənəvi dəyərlərimizə, ənənələrimizə, milli mübarizə tariximizə hörmətsizlikdir.

OXŞAR XƏBƏRLƏR

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...