Daha iki xanım sənətçi polisə çağırıldı — OĞURLUQ HADİSƏSİNƏ GÖRƏ / YENİLƏNİB

Daha iki xanım sənətçi polisə çağırıldı — OĞURLUQ HADİSƏSİNƏ GÖRƏ / YENİLƏNİB
 Müğənnilər Sevil-Sevinc Səfərovalar Yasamal Rayon Polis İdarəsinə çağırılıb.
Yasamal Rayon Polis İdarəsindən oğurluq faktı ilə bağlı başlanılan cinayət işində müğənni Sevil-Sevic bacılarının şahid qismində dindirilməsini təsdiq ediblər.

İşi araşdıran müstəntiq "Ölkə.Az"-a bildirib ki, istintaq sirri olduğundan istintaqa oğurluqla bağlı cəlb olunan şəxsin adını açıqlamaq qanunla düzgün deyil.

Ancaq müğənni bacılar həqiqətən istintaqda şahid qismində cəlb olunublar və təqsirləndirilən şəxslə üzləşdiriliblər.

Üzləşmə zamanı təqsirləndirilən şəxsin verdiyi ifadə öz təsdiqini tapmayıb. Yəni oğurladığı pulların bacılara yox, digər şəxslərə xərcləndiyi məlum olub.
****

"Ölkə.Az"-ın əldə etdiyi məlumata görə, bir neçə gün öncə rayon ərazisində oğurluq faktı qeydə alınıb. Altı min manat civarında oğurluq edən gənc oğlan Yasamal polisi tərəfindən saxlanılıb. İddia olunur ki, həmin şəxs ilkin ifadəsində oğurladığı məbləğin böyük qismin pərəstişkarı olduğu Sevil-Sevinc bacılarına xərclədiyini bildirib. Müğənni bacılar şahid qismində ifadə vermək üçün polis bölməsinə dəvət ediliblər.

Əməkdaşımız məsələylə bağlı Sevil-Sevinc bacılarının prodüserləri ilə əlaqə saxlayıb. Adının çəkilməsini istəməyən prodüser xanım bildirib ki, bu gün sənətçilərin atalarının ildönümü olduğu üçün danışmaq imkanına malik deyillər. Əvəzində özü bunları deyib:

"Onlar qorxaq uşaqlardırlar. Əgər belə bir şey olsaydı, mütləq mənə deyərdilər. Çünki mənsiz heç yerə getmirlər. Mən bu məsələdən xəbərsizəmsə, deməli, belə bir şey olmayıb". 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...