Gündəm
İqtİsadİyyat

Daha iki şirniyyat satışdan çıxarıldı, bu məhsullar bahalaşdı - SİYAHI

Daha iki şirniyyat satışdan çıxarıldı, bu məhsullar bahalaşdı - SİYAHI
Son 1 ayda ölkədə çay məhsullarının qiyməti bahalaşıb.

Sfera.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qiymət artımı məhsulların növlərinə görə 20 qəpik-1 manat arasında dəyişib:

(S/s Məhsulun adı - Əvvəlki qiyməti  - Hazırkı qiyməti) 
 
Azərçay 450 q. - 7,60 AZN (8,40 AZN)
 
Azərçay 100 q. - 1,80 AZN (2,00 AZN)
 
Beta 100 q. - 2,20 AZN (2,40 AZN)
 
Beta 225 q. - 5,20 AZN (5,80 AZN)
 
Beta 450 q. - 10 AZN (11 AZN)
 
Çempion 100 q. - 2,20 AZN (2,40 AZN)
 
Çempion 225 q. - 5,20 AZN (5,80 AZN)
 
Çempion 450 q. - 10 AZN (11 AZN)

A4 kağız satışı ilə məşğul olan firmalar da mağaza sahiblərinə qiymətin yaxın günlərdə 0,80-1 AZN arası bahalaşacağı barədə xəbərdarlıq ediblər.
 
Mağaza sahiblərinin sözlərinə görə, "Snickers" və "Bounty" şirniyyatlarının satışı isə dayandırılıb.
 
Qeyd edək ki, 1 həftə öncə Qida Təhlükəsizliyi Agentliyinin göstərişi ilə satış təsərrüfatı obyektlərində "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo" şirniyyatları, "Banduel" qorox qida məhsullarının satışı qadağan edilmişdi.
 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31