Daha hansı sahədə islahatlar gözlənilir?- ekspert rəyləri

Daha hansı sahədə islahatlar gözlənilir?- ekspert rəyləri
"Struktur sahəsində, , elektronlaşma və ASAN xidmətinin dövlət xidmətləri və biznesdə daha çox tətbiq edilməsinə yönəlik islahatların aparılmasını gözləyirik” 

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda həyata keçirilən islahatlar fonunda daha hansı sahələrdə həmin istiqamətdə addımların atıla biləcəyinə dair sorğuya cavab verərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib: 
 
"Struktur islahatları davam etdirilməlidir. Bu istiqamətdə növbəti addımların atılması çox vacibdir. Çünki islahatlar birmənalı şəkildə çevik strukturun formalaşmasını tələb edir. Ölkəmizdə də çevik struktura ehtiyac var. Xüsusən də bir-birini təkrarlayan dövlət qurumlarının birləşdirilməsi prosesi davam etdirilməlidir. Bu nəticə etibarı ilə proseduraların sayının azlmasına və daha çevik sistemin formalaşmasına gətirib çıxara bilər. İqtisadi baxımdan strateji əhəmiyyət kəsb edən strukturlarda yeni kadrların cəlb edilməsi məsələsini də aktuallaşdırmaq lazımdır. Yəni struktur islahatları kadr islahatları ilə müşahidə olunarsa, bu nəticə etibarı ilə sistemin çevikliyini daha da möhkəmləndirəcək. Elektronlaşma ilə bağlı da islahatlar davam etdirilməlidir. Xüsusən də ASAN modelinin dövlət xidmətləri və biznesdə daha çox tətbiqinə yönəlik islahatlar olmalıdır. Nəzərə alaq ki, ASAN xidmət həm də sahibkarlara xidmət edir. Sahibkarlar həmin xidmətdən yararlanaraq bəzi xidmətləri əldə edə bilir. Ona görə sahibkarların ASAN xidmət vasitəsilə etdikləri xidmətlərin sayı artırılmalıdır. Vergi, gömrük sahəsindəki bəzi xidmətlərin də ASAN xidmətlə paylaşdırılması məqsədəuyğun olardı. Çünki hər hansı bir xidmətin asan vasitəsilə təklif edilməsi həmin xidmətlə bağlı insanlarda arxayınçılıq və inam formalaşdırır. Ona görə də bu kontekstdən ASAN xidmətinin rolu və imkanlarının genişləndirilməsinə ehtiyac vardır. Yəni mövcud çağırışlar kontekstində cari ildə islahatların dərinləşdirilməsinə ehtiyac vardır. Xüsusən də iqtisadiyyatın həm struktur, həm elektron, həm də digər istiqamətlərində şəffaflığın artırılması ilə bağlı fəaliyyətin dərinləşməsinə ehtiyac duyulur. Nəticə etibarı ilə islahatların genişləndirilməsi Azərbaycanda iqtisadiyyatın diversifikasiyası və neftdən asılılığın aradan qaldırılması ilə bağlı hədəflərə nail olmağa əsas yaradacaq”.   
 
Milli Məclisin deputatı Fazil Mustafa isə məhkəmə, təhsil və ordu quruculuğunda islahatların həyata keçirilməsini gözləyir: 
 
"Konkret daha hansı sahələrdə islahatlar fonunda nələrin gözlənilə biləcəyindən məlumatsızam. Ancaq indiyə kimi görülən kadr və struktur islahatları hər halda bu istiqamətdə ölkədə ciddi yeniliklərin olduğunu göstərir. Ümid edək ki, bu islahatların ardı gəlir, bu istiqamətdə insanlarımızın böyük gözləntiləri var. Başqa sahələrdə də belə islahatlar olmalıdır. Düşünürəm ki, çoxsaylı sahələr üzrə o belə islahatlar həyata keçməlidir. Ancaq mənim fikrim əsas deyil axı. Bununla belə düşünürəm ki, növbəti mərhələdə təhsil, ordu quruculuğu və məhkəmə sistemində islahatların olması daha vacibdir. Əsasən də islahatlara məhkəmə sistemindən başlamaq lazımdır. Bu sistemi korrupsiya girdabından qurtarmaq, məhkəməyə inamı qaytarmaq lazımdır. Ordu quruculuğu sahəsində zabit heyətinin həyat şəraitinin yaxşılaşdırılması, ordudan təxris olunanların torpaq sahəsilə təmin olunması gerçəkləşməlidir. Təhsilə gəldikdə, universitetlərdə olan problemlər aradan qaldırılmalı, bu təhsil ocağının muxtariyyətinin artırılması istiqamətində islahatlar olmalıdır. İslahatlarla tələbələrin həddən artıq yüksək olan təhsil haqqı məsələsinə də toxunulmalıdır. Peşə təhsilinin inkişafı üçün də ciddi işlər görülməli, insanlar stimullaşdırılmalıdır”.
 
Qeyd edək ki, Azərbaycanda son illər dövrün tələblərinə uyğun olaraq bir sıra islahatlar keçirilib. Həmin proses xüsusən də cari ildə daha geniş vüsət alıb. Belə ki, Azərbaycan Prezidentinin verdiyi sərəncam və qərarlarla qısa zamanda bir çox sahələrdə islahatlar baş tutub. Qarşıdakı dövr ərzində də bu müstəvidə bəzi addımların atılması gözlənilir. Bunu dövlət başçısının REAL TV-yə verdiyi müsahibəsindən də aydın şəkildə görmək olar. Belə ki, burada o islahatların davam etdiriləcəyinin anonsunu verdi. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Paşinyan: "İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...