Daha bir təşkilat FETÖ-nü tanıdı

Daha bir təşkilat FETÖ-nü tanıdı
 
İslam Əməkdaşlıq Təəkilatı Fətullahçı Terror Təşkilatını (FETÖ) terror qruplaşması kimi tanıyıb.

Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Qeyd edək ki, 2016-cı ilin 15 iyul tarixində İstanbul və Ankarada hərbi çevriliş cəhdi olub. Qiyama cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid olub, 100-lərlə insan yaralanıb. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatıb. Hadisə baş ilə əlaqədar 34 general, 100-lərlə hərbçi, hakim, prokuror saxlanılıb.


OXŞAR XƏBƏRLƏR