Daha bir sərnişin gəmisində koronavirus aşkarlandı

 Daha bir sərnişin gəmisində koronavirus aşkarlandı

ABŞ-ın Kaliforniya ştatının sahilindəki 3 500 nəfəri daşıyan sərnişin gəmisində aparılan müayinə nəticəsində 21 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Sfera.az "CNN Türk”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens söyləyib.

İlkin mərhələdə 46 nəfərdən alınan nümunələr üzərində aparılan analizlərin nəticəsində 19-u ekipaj üzvü, 2-si sərnişin olmaqla ümumilikdə 21 nəfərdə koronavirus qeydə alınıb.

Mayk Pens açıqlamasında gəminin qeyri-kommersiya limanına lövbər salacağını və bütün sərnişinlərdən analizin alınacağını vurğulayıb.

Bundan başqa, Yaponiya sahilində "Diamond Princess” və Misirdə Nil çayında üzən kruiz gəmilərində koronavirus aşkarlanmışdı.

Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 17 nəfərdir. Virus daşıyıcılarının sayı isə 300-ü ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 242-ə çatıb. Bunların 57 624 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. (report)


OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...