Maqazİn

Daha bir serialda maaş qalmaqalı - Aktyor getdi

Daha bir serialda maaş qalmaqalı - Aktyor getdi
İctimai Televiziyada (İTV) yayımlanan "Dağıntılar altında” serialının qəhrəmanlarına maaş verilmir. Bu barədə layihədə Şahmar obrazını canlandıran aktyor Səmimi Fərhad məlumat verib. 

O, sosial şəbəkədə status yazaraq serialdan maaşa görə çıxdığını qeyd edib: "Əziz dostlar, həmkarlar yazıb, zəng edib serialdan çıxmağımın səbəbini soruşanlar. Sizcə, bir aktyor sevdiyi obrazından, məsuliyyətlə və sevə-sevə çalışdığı serialdan niyə çıxsın ki? - Həmişə olduğu kimi, maaşların vaxtında verilməməsinə görə.


Və bu hal mütəmadi şəkildə təkrarlandıqca mən hər dəfəsində belə getsə, çıxacağımı açıq və net şəkildə bildirmişdim. Maaşların gecikmə səbəbini isə prodakşn belə izah edir: Dövlət gecikdirir”.

Aktyor əlavə edib ki, Prezidentin imzaladığı sərəncamla filmlərin çəkilməyinə vəsait də ayrılıb:

"İndi mən çıxdım, mənim yerimə gələn hər hansı bir həmkarım və digərləri vaxtında maaşlarını alacaqlar. Bu və buna bənzər hallar əvvəllər də baş verib. Mən inqilabçı deyiləm, nə də aktyorların hüquqlarının müdafiəçisi deyiləm. Atalar el üçün ağlayan kor qalar deyib. Min doğrum qalır, bir yanlışım danışılır. Sən demə, yanlışım da maaşımı vaxtında istəməyimdir. Özünüzə yaxşı baxmasanız da, özünüzə və sənətinizə dəyər verin! Mən monopoliyanın təkcə ticarətdə olduğunu bilirdim, yaradıcılıqda yox...

Kanallara serial satan cəmi iki-üç prodakşn, bir neçə rejissor var və onlar da bəlli aktyorlarla çalışır. Pulunu vaxtında istəyən aktyora heç bir əziyyətinə, məsuliyyətinə baxmadan problemli aktyor deyirlər”.

"Dağıntılar altında”nın rejissoru Tural Ağayev (Baxış) "Qafqazinfo”ya danışaraq aktyorun itithamlarına cavab verib: "Tək bizdə yox, bir çox iş yerlərində maaş gecikmələri olur. Bir həftəyə görə,  məsələni bu qədər şişirtməyə ehtiyac yoxdur. Hazırda digər əməkdaşların maaşı verilib.  Özüm teatrda  işləyirəm, orda belə maaşlar bir-iki gün gecikir. Səmimi mənim yaxın dostumdur, uzun illərdir bir-birimizi tanıyırıq”. 

T. Ağayev serialda Şahmar obrazını bundan sonra Vüsal Hacı Qədirin canlandıracağını qeyd edib.




XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031