Daha bir şəhidimiz torpağa tapşırıldı

Daha bir şəhidimiz torpağa tapşırıldı

Azərbaycan Ordusunun daha bir hərbi qulluqçusu dəfn edilib.

Cəbhədə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olmuş  Azərbaycan Ordusunun daha bir hərbi qulluqçusu dəfn edilib. Kəpəz TV (Region TV) xəbər verir ki, 2015-ci ilin yanvarından müddətdən artıq hərbi xidmətdə olan 23 yaşlı Təbriz Əsgərov doğulduğu Şəmkirdə şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin ruhuna ehtiram əlaməti olaraq yaylım atəşi açılıb. Tabutuna bükülmüş dövlət bayrağı əbədi xatirə kimi ailəsinə təhvil verilib.

Allah rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR