Daha bir məktəbdə faciə: 11-ci sinif şagirdi həlak oldu

Daha bir məktəbdə faciə: 11-ci sinif şagirdi həlak oldu

Daha bir orta məktəbdə ölüm hadisəsi baş verib. Söhbət Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdən gedir.

Sfera.az xəbər verir ki, bu barədə cebhe.info-ya etibarlı mənbədən məlumat daxil olub. Məlumata görə, 11-ci sinif şagirdləri arasında yaranan münaqişə ölümlə nəticələnib. Məktəblilər arasında mübahisə martın 4-də fiziki tərbiyə dərsində baş verib. Dava zamanı döyülən və ciddi xəsarət alan şagirdlərdən biri huşunu itirərək yerə yıxılıb. Bunu görən digər sinif yoldaşları dərhal məktəbin tibb məntəqəsinə gələrək İlkin adlı şagirdin özünü pis hiss etdiyini xəbər veriblər. İlkinin sinif yoldaşları əvvəlcə onun stadionda topu atanda yıxıldığını deyiblər. Məktəbin tibb bacısı, eləcə də müəllim heyəti stadiona gedib və həqiqətən də İlkinin vəziyyətinin kritik olduğunu görüb.

Məktəbə çağırılan təcili tibbi yardım briqadası İlkini şəhər xəstəxanalarından birinə aparıb. 20-21 gün koma vəziyyətində qalan İlkin Novruz bayramı ərəfəsində vəfat edib. Mənbənin bildirdiyinə görə, ölən şagird sinif yoldaşları Kənan və Elşən tərəfindən döyülüb. İddialara görə, mübahisə İlkinin söyüş söyməsi ilə qızışıb və o, ciddi xəsarət alıb. O da bildirilir ki, dəyən zərbələrdən onun qabırğası sınıb və nəticədə ciyəri zədələnib. Mənbənin sözlərinə görə, İlkin həmin gün xəstə olub, anası onu dərsə buraxmayıb. Amma İlkin üçüncü dərs saatında məktəbə gedib.

Baş verən hadisə Novruz bayramına təsadüf etdiyindən hadisə açıqlanmayıb. Məlumatlara görə, məktəb direktorunun iştirakı ilə müəllimlər və eləcə də şagirdlər İlkinin tibbi xərclərinə kömək məqsədilə 2500 manata qədər pul yığıblar. Hətta Xəzər Rayon Polis İdarəsindən gələn müstəntiq şagirdlərin izahatını da götürüb. Hazırda hadisədə adı çəkilən 2 şagirdin Kürdəxanıdakı istintaq təcridxanasında saxlanıldığı bildirilir. Cebhe.info hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətini rəhbəri Bəşarət Məmmədovla əlaqə saxlayıb. Onun mövqeyini olduğu kimi dərc edirik:

"Valideyni filan ilə danışmışınızmı? Belə hal olsa, indiyə qədər qalardı? Hər halda maraqlanın. Nə yaxşı məlumatı hüquq- mühafizə orqanından almırsız? Siz də maraqlanın, biz də şey edək, görək nə olsa, əlaqə saxlayaq”.

H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin direktoru Vəli Hüseynlinin isə mövqeyi eyniylə belə olub: "Bu hadisə barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat vermişik, oradan alarsız”.

Həmin məlumatın bizə də verilməsini təkid etdikdə, direktor "Mən axı bilmirəm siz kimsiz”, - deyə cavabdan yayınıb. "Yanımda qonaqlar var, iclasdayam, danışa bilmirəm. Üzrlü sayın”,- deyə əlaqəni yarımçıq kəsib.

Qeyd edək ki, Bəşarət Məmmədov daha sonra bizimlə əlaqə saxlayaraq məsələni araşdıracağını və bu barədə məlumat verəcəyini bildirib.

 

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...