Texnologİya

Daha bir məşhur şirkət “Huawei”dən imtina etdi

Daha bir məşhur şirkət “Huawei”dən imtina etdi

Yaponiyanın "Panasonik” şirkəti Çinin "Huawei” kompaniyası ilə əlaqələrini dayandırıb.

Axar.az xəbər verir ki, bu məlumatı "Nikkei Asia Revyu” agentliyi yayıb.

Əlaqələrin dayandırılmasına səbəb kimi "Huawei”ə qarşı tətbiq edilən ABŞ sanksiyaları göstərilib. "Panasonik” "Huawei”ə məhdud sayda bir sıra komponentlər verdiyini və indi qəbul etdiyi qərarın şirkətə böyük zərər vurmayacağını bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ şirkətlərinin "Huawei”lə əməkdaşlığının qadağan edilməsindən sonra Quql bu markalı telefonların "Android” sistemi ilə təminatını dayandırıb.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930