İdman

Daha bir idmançımız yarımfinalda

Daha bir idmançımız yarımfinalda

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilib. "Qafqazinfo” xəbər verir ki, "Uruçye Arena”da 81 kq çəki dərəcəsində çıxış edən boksçular rinqə çıxıb.

Bu çəkidə mübarizə aparan Azərbaycan millisinin üzvü Alfonso Dominges ikinci sınağını keçirib. O, 1/8 finalda Mixail Dauhalyavetslə qarşılaşıb. Belarus idmançısı üzərində inamlı qələbə qazanan (5:0) yığmamızın üzvü 1/4 finala yüksəlib. Dominges sabah yarımfinal uğrunda rinq çıxacaq.

Qeyd edək ki, Alfonso Domingeslə yanaşı, Cavid Çələbiyev (60 kq), Rüfət Hüseynov (49 kq) və Lorenso Sotomayor (69 kq) da 1/4 finala yüksəlib.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031