Daha bir icra başçısının biznes siyahısı yayıldı - VİDEO

Daha bir icra başçısının biznes siyahısı yayıldı  - VİDEO
Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların siyahısı yayılıb.

Sfera.az xəbər verir ki, siyahını hərgun.az saytı yayıb. Siyahını təqdim edirik:

– Xırdalan şəhərindəki "Titanik” adlı böyük obyekt.

– Novxanı kəndində yerləşən "ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi.

– Mehdiabad-Fatmayi yolunun üstündəki "Palma” supermarketi, eyni adlı restoran.

– Həmçinin, Abşeron ərazisində təndirxanalar.

Sayt yazır ki, xanım icra başçının əsas biznesi rəhbərlik etdiyi Abşeron rayonunda deyil Binəqədi rayonunun ərazisində yerləşir.

Bunlardan biri ən azı bir milyon manata başa gəlmiş 3 mərtəbəli "Zümrüd” uşaq bağçasıdır.

"Zümrüd” icra başçısının anasının adıdır. Obyektə rəhbərliyi onun qızı Vüsalə Gülməmmədova edir.

Maraqlıdır ki, Abşeronda , əsas da Xırdalanda uşaq baxçası azdır və vətəndaşlar yer tapmaqda çətinlik çəkir. 

Bəs niyə başçı baxçanı "Varovski”də tikdirib?  "Varovski”nin kontingenti əsasən imkanlı ailələrdir və "Zümrüd” Abşeronun kasıb camaatı üçün çox bahalıdır.



OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...