Dünya

Daha bir ərəb milyarder Ermənistana investisiya yatıracaq

Daha bir ərəb milyarder Ermənistana investisiya yatıracaq
Ermənistan prezidenti Armen Sarkisyan İngiltərəyə səfəri çərçivəsində Premyer Liqanın bu ilki qalibi "Mançester Siti" futbol klubunun sahibi Haldun Xəlifə əl-Mübarək ilə görüşüb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, görüş zamanı Ermənistan prezidenti Haldun Xəlifə əl-Mübarəki ölkəsinə investisiya yatırmağa dəvət edib.
Məlumat üçün bildirək ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabinin ən varlı şəxslərindən olan Haldun Xəlifə əl-Mübarək eyni zamanda dünyanın ən böyük investorlarından hesab olunur. Haldun Xəlifə əl-Mübarəkin sahibi olduğu "Mubadala" investisiya şirkəti dünyanın müxtəlif ölkələrinə milyardlarla dollar investisiya yatırıb.  
Haldun Xəlifə əl-Mübarək Ermənistanda futbol infrastrukturunun inkişafına sərmayə qoya biləcəyini ifadə edib.
Onu da bildirək ki, bundan əvvəl də ərəb milyarderlər dəfələrlə Ermənistana investisiya yatırıblar. Eyni zamanda müxtəlif maddi yardımlar ediblər. Ermənistanın ən varlı şəxslərindən biri və eyni zamanda da "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqaik Çarukyanın ən böyük ortaqlarından biri  Şeyx Əhməd Əl Fəhd əl Əhməd əl Sabahdır. Küveytinin sabiq informasiya və neft sənayesi naziri olan bu şəxs eyni zamanda  Asiya Olimpiya Şurasının və Asiya Həndbol Federasiyasının prezidentidir. Əl-Sabah 1990-2001-ci illərdə Beynəlxalq Olimpiya Komitəsinin də üzvü olub. O, həmçinin OPEK-in sədri vəzifəsini də yerinə yetirib.
Bundan başqa Dubay kimi böyük şəhərin də yer aldığı Şarja əmirliyininin başçısı Sultan bin Məhəmməd Əl Qasimi Ermənistana səfəri zamaı "Aqarçin" monastır kompleksinin bərpasın milyonlarla dollar vəsait ayırıb.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30