Daha bir dünya çempionatı keçiriləcək - Bakıda

Daha bir dünya çempionatı keçiriləcək -  Bakıda

Azərbaycanın yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməsi barədə qərar qəbul olunub.

Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının mətbuat xidmətindən ATV.az-a bildiriblər ki, Yunanıstanın Afina şəhərində yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə Beynəlxalq Assosiasiyanın Baş Assambleyası keçirilib.

Assambleya çərçivəsində yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə təşkil olunacaq dünya çempionatına ev sahibliyi edəcək ölkənin müəyyənləşdirilməsi məqsədilə səsvermə keçirilib.

Assambleyada 254 səs çoxluğu ilə Azərbaycanın yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməsi barədə qərar qəbul olunub.

Yelkənli qayıqların 470 Olimpiya sinfi iki əllə idarə olunan yarış qayıqlarıdır. Bu sinfin adı onun ümumi uzunluğunun santimetrlə ölçüsündən yaranıb (qayıq 4.70 metr uzunluğundadır). Bu qayıqlar sürətli üzmə qabiliyyətinə malikdirlər. 470 Olimpiya sinfinə aid olan həmin qayıqların çəkisinə nisbətən iri həcmli yelkənləri vardır ki, bu da qayıqların avtomobillərlə müqayisədə sanki dəniz avtomobili kimi dənizdə yüksək sürətlə və manevrlə idarə olunmasına şərait yaradır.

Bu idman növü 1976-cı ildən Olimpiya sinfinə daxil edilmiş 10 yelkənli qayıqlar üzrə idman növündən biridir. Üç yüz nəfərdən çox idmançının iştirak etdiyi bu idman növü üzrə yarışlar dənizdə keçirilən ən böyük yarışlardan biri hesab olunur.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...