Daha bir deputatın biznes imperiyasının siyahısı yayıldı

Daha bir deputatın biznes imperiyasının siyahısı yayıldı
 

Azərbaycanda məmur-deputat oliqarxların biznes imperiyaları ilə bağlı zaman-zaman məlumatlar yayılır. Amma bu vaxta qədər məmur və deputatların bizneslə məşğul olması qadağan edildiyi halda yayılan xəbərlərlə bağlı heç bir rəsmi açıqlama olmayıb və ya araşdırılma aparılmayıb.

 

 

 

Ən yaxşı halda isə həmin şəxslərin özləri də deyil, yaxın ətrafı bu xəbərləri təkzib etməklə işlərini bitmiş hesab ediblər. Mövzu isə bir neçə gün mediada müzakirə edildikdən sonra unudulub.


 

"Yeni Sabah” xəbər verir ki, ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.


 

Bu arada daha bir deputatın biznes imperiyası haqda siyahı yayılıb. Sosial şəbəkədə yayılan xəbərdə bildirilir ki, Masallıdan seçilmiş Milli Məclisin deputatı Nəriman Əliyev çoxsaylı biznes şəbəkəsinə sahibdir. Onun sahib olduğu biznesin yarımçıq siyahısı aşağıdakı kimidir:


 

1. "Ştutqart" mağazalar şəbəkəsi.

 

2. "Karkaz" avtomobil ehtiyat hissələrinin topdan satış mərkəzi.

 

3. "Masallı" Konserv Zavodu.

 

4. İrandan ixrac olunan xurma monopolisti.

 

5. "Nur - M" şirkəti.

 

6. Masallı rayonunda "İstisu"da bir neçə istirahət mərkəzi.

 

7. Masallı kərpic zavodu (Fəxrəddin adlı sahibkarla şərikli).

 

8. "Karqo" şirkəti və s.

 

 

Bütün bu şirkətlərin ay ərzində dövriyyəsi on milyonlarla ölçülür.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...