Daha bir deputatdan Ziyad Səmədzadənin təklifinə ETİRAZ: \"Kəndliyə pul ayrılmalıdır\"

Daha bir deputatdan Ziyad Səmədzadənin təklifinə ETİRAZ: \
Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan millət vəkili Elman Məmmədov deputat həmkarı Ziyad Səmədzadənin kəndlilərdən vergi tutulması ilə bağlı təklifinə cavab verib. 
 

Elman Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycanda kəndlidən vergi tutulmasına ehtiyac yoxdur:
 

"Əksinə, Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək, kəndlini həvəsləndirmək, onun torpağa bağlılığını gücləndirmək və kənd təsərrüfatı məhsullarının bolluğunu yaratmaq üçün kəndli vergilərdən mütləq azad olunmalıdır. Bunu, cənab prezident belə deyir. Bu, dövlət proqramlarında da öz əksini tapıb. İndi kimsə bunun əksini söyləyirsə, bu onun şəxsi fikirləridir. İndi mən dəqiq deyə bilmərəm ki, hörmətli akademik Ziyad Səmədzadə nə üçün belə söyləyib. Yəqin ki, o da nəyisə bilir. Amma mənim fikrim bunun tamamilə əksini deyir". 
 

Deputat Azərbaycanda kəndlilərə faizsiz və girovsuz kreditlərin verilməsini, maliyyə dəstəyi göstərilməsini təklif edib:
 

"Kəndliyə subsidiyalar ayrılmalıdır, bu cür həvəsləndirmələr olmalıdır ki, bu sahəni inkişaf etdirmək mümkün olsun. Bu zaman kəndli də kənd təsərrüfatı ilə daha həvəslə məşğul olacaq. Nəticədə isə məhsul bolluğu yaranacaq".   
 

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə kəndlilərdən də vergi tutulmasını təklif edib.
Ziyad Səmədzadə bu təklifi Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffaflıq, inkişaf” adlı konfransdakı çıxışında səsləndirib:
 

"Azərbaycanda əhalinin 35-36 faizi kənd təsərrüfatı sahəsində çalışır. Biz də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq”.

OXŞAR XƏBƏRLƏR

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...