Daha bir bankın rəhbərliyində dəyişiklik edildi

Daha bir bankın rəhbərliyində dəyişiklik edildi
"Unibank” ASC-nin Müşahidə Şurasında dəyişiklik olub.
"Qafqazinfo” "Marja”ya istinadən xəbər verir ki, Müşahidə Şurasının üzvü Andreas Zayslerin yerinə Michael Neumayr təyin edilib. Michael Neumayr "Unibank”ın səhmdarlarından biri olan Almaniya İnvestisiya Şirkətinin (DEG) nümayəndəsidir.
"Unibank” ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov, müavini isə Vaqif Qəriblidir.
Şüranın isə 6 üzvü var: Culian Hili, Michael Neumayr, Ernst Velteke, Elxan Qəribli, Samir Balayev və Emin Quliyev.
"Unibank" ASC-nin İdarə Heyətinin tərkibində də dəyişiklik baş verib. Asəf Hüseynov risklərin idarə edilməsi üzrə direktor, İdarə Heyətinin üzvü, baş risk inzibatçısı təyin edilib. Bundan əvvəl həmin vəzifəni Azad Qasımov tutub.
Qeyd edək ki, hazırda Bankın İdarət Heyətinin tərkibi sədr Faiq Hüseynov və iki üzv - Asəf Hüseynov və Emin Rəsulzadədən ibarətdir. E.Rəsulzadə həm maliyyə direktoru, həm də baş maliyyə inzibatçısıdır.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...