Hadİsə

Daha bir azərbaycanlı ifaçı mahnısına görə həbs edildi - Video

Daha bir azərbaycanlı ifaçı mahnısına görə həbs edildi - Video
Sosial şəbəkələrdə "Rüzgar" ləqəbi ilə tanınan reper Aydın Hüseynov  həbs olunub.

Buna səbəb onun "Mal mal” adlı mahnısıdır.

"Rüzgar" Sumqayıt Şəhəri Baş Polis İdarəsi tərəfindən ötən gün həbs edilib.

Reperə ifa etdiyi mahnının narkomaniyaya çağırış etməsini səbəb gətirərək, 30 sutka həbs cəzası veriblər.

Bu barədə məlumatı ifaçının prodüseri Orxan saytımıza açıqlamasında təsdiqləyib.

Onu da bildirək ki, ötən günlərdə "Kazbekə şey basım” meyxanasını oxumaqla tanınan "Vüqar Səda” ləqəbli Vüqar Abdullayev də 30 gün müddətinə həbs edilmişdi.


XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930