Daha 9 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı
17:30 / 25.02.2020
1242
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Əflan İbrahimovun müraciətinə baxılıb.
Sfera.az xəbər verir ki, bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.
İ. Şahbazov bildirib ki, araşdırma nəticəsində 9 seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: "Təklif edirəm həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.
MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.