Daha 3 xidmət “Elektron hökumət” portalında

Daha 3 xidmət “Elektron hökumət” portalında
 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət” portalına yeni elektron xidmətlər inteqrasiya olunub.
Beləliklə, Kənd Təsərrüfatı Nazirliyinin "Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu”, "Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu” və "Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından çıxarılması üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətləri portalına inteqrasiya edilib.

Portaldan "Ölkə.Az"a bildirilib ki, qurumun təqdim etdiyi xidmətlərdən istifadə etmək üçün "Elektron hökumət” portalında qeydiyyatdan keçmək mütləqdir.

"Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu” adlı elektron xidmətdən istifadə etməklə Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Ağakişi Alıyevə elektron müraciət etmək mümkündür. Müraciət edən şəxs portalda qeydiyyatdan keçdiyindən onun haqqında olan məlumatlar anket üzərində avtomatik olaraq tamamlanır. İstifadəçi ərizənin məzmunu və sənədlərin növü üzrə digər məlumatları da sistem üzərindən tamamlayıb göndərməklə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciət edə bilər.
"Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu” adlı elektron xidmətdən istifadə etmək üçün ərizəçi fiziki, yoxsa hüquqi şəxs kimi müraciət edəcəyini seçir, sonra ərizənin növünü, texnikanın növünü, marka və modelini, zavod nömrəsini, mühərrik nömrəsini və müfəttişliyi (hansı rayona aid olması), texnikanın adını, rəngini, satış nömrəsini, istehsal ilini və tarixi qeyd edib, lazım olan sənədləri əlavə edərək, ərizəni göndərə bilir.

"Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından çıxarılması üçün müraciətin və sənədlərin qəbulu” adlı elektron xidmətdən istifadə etmək üçün ilk növbədə istifadəçi öz məlumatlarını qeyd edir. Şəxsiyyət vəsiqəsinin FİN-ni (xidmət qeydiyyatlı olduğundan FİN sistem tərəfindən avtomatik olaraq tamamlanır), elektron ünvanını, mobil telefonunu qeyd edib, anketdə tələb olunan digər məlumatları da seçərək, ərizəni göndərir.

Qeyd edək ki, "Elektron hökumət” portalına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətlərin sayı 22-yə çatdırılıb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...