Daha 10 ailə Cocuq Mərcanlıya köçürülüb

Daha 10 ailə Cocuq Mərcanlıya köçürülüb

Bu gün Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində salınmış yeni qəsəbəyə Biləsuvarda məskunlaşan 10 məcburi köçkün ailəsi köçürülüb.

Biləsuvar rayonundakı köçkün şəhərciyində məskunlaşan 25 ailədən 10-u Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə yola salınıb. Daha 10 ailənin sabaha qədər köçürülməsi gözlənilir.

Qeyd edək ki, 1994-cü ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində prezident İlham Əliyevin sərəncamı ilə 50 mənzil və 100 yerlik məktəb binası tikilib, müvafiq infrastruktur yaradılıb. Yeni salınmış qəsəbəyə ilk mərhələdə 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailənin köçürülməsi nəzərdə tutulub. Köçürülmə prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Hər bir ev üçün 10 sot həyətyanı sahə ayrılıb. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...