Cəmİyyət

Dadaşlinski nəhayət baş katibi danışdırdı: "Cinayətin qarşısını alırıq..." (VİDEO)

Dadaşlinski nəhayət baş katibi danışdırdı:

İTV-də yayımlanan "3D” verilişində uzun zamandın gözlənilən an gəlib çatıb.

 

Sfera.az xəbər verir ki, Dadaşlinskinin budəfəki qonağı AFFA-nın baş katibi Elxan Məmmədov olub. Hətta digər qonaqlardan fərqli Elxan Məmmədovla baş tutan verilişin müddəti də bir qədər artıq olub.

 

Dadaşlinski "iynəli” suallarına milli komandamızın son çıxışından başlayıb. O, həm də qeyd edib ki, sizə ünvanladığım suallar futbol ictimaiyyətinin, azarkeşlərin maraqlandığı məsələlər ətrafında qurulub.


Milli komandamızın son seçmə mərhələdə 1 xal toplaması və sonuncu dəfə 23 il bundan qabaq belə antirekorda imza atmasını qabardan Dadaşlinski baş katibdən bu məsələyə münasibət öyrənib:


"Son seçmə mərhələ heç də yaxşı olmadı. Biz bu nəticə ilə razı deyilik. Baş məşqçiyə suallarımız olacaq. Bununla bağlı iclas keçirəcəyik. Baş məşqçi bizə hesabat təqdim edəcək. Daha sonra onunla bağlı qərar veriləcək”.


Aparıcının növbəti toxunduğu məsələ uşaq futbolu ilə bağlı olub. Dadaşlinskinin sualına cavab verən Məmmədov Bəhlul Mustafazadə, Emil Balyev və digər futbolçuların məhz uşaq futbolundan çıxdığını, milli komandaya yüksəldiyini deyib. Bu məqamda Dadaşlinski "bu iki futbolçudan başqa kimi deyirsiz?”- deyə sual ünvanlayıb. Baş katib sual qarşısında özünü itirsə də, vəziyyətdən çıxmağı bacarıb. "Çoxlarının adını sadalaya bilərəm ancaq inciyənlər ola bilər” – deyə diplomatik cavab verib.


Dadaş Dadaşlinskinin "torunda çabalayan" Məmmədov "Premyer Liqada niyə 8 klub var?" sualına bu cür cavab verib:


"Bəli, bizim də arzumuz budur ki, minimum 10 klub olsun. Amma bu sualı biznesmenlərə vermək daha doğru olardı. Hazırda AFFA müxtəlif klublara yardım edir. Amma əslində AFFA həmin klublara yardım etməli deyil".


Aparıcının "Qurban Qurbanova niyə lazımı dəstək verilmədi? Niyə görə onun millidən ayrılmağında futbol ictimaiyyəti sizi günahkar bilir?” sualına baş katib belə cavab verib:


"Qurban müəllim təklif alanda çox düşündü. Milli komanda yoxsa "Qarabağ”? Sonra razılığa gəldik ki, ikisinə də baş məşqçilik edəcək. Məqsəd Millətlər liqasında növbəti mərhələyə vəsiqə qazanmaq idi. Həm millidə, həm də klubda çalışmaq çətin oldu. Qərar qəbul etdik ki, ikisini də itirməyək. Biz istəyirdik ki, klubumuz hər zaman qrup mərhələsində olsun. Ona görə də belə bir qərar qəbul olundu. Razılığa gəldik ki, klubda davam etsin və bizi sevindirsin. Bütün şərait yaradılmışdı. Bu suallara məndən başqa ən yaxşı cavabı Qurban müəllim verər. Heç kim deyə bilməz ki, AFFA rəhbərliyi hansısa məşqçi və ya futbolçular üçün lazımi şərait yaratmayıb”.

 

"Bizim AFFA-da işləməyimiz bəzi insanları qane etmir. Çünki biz bəzi cinayət işlərinin qarşısını alırıq. Son 3 ildir ki, danışılmış oyunlara qarşı mübarizə aparırıq. Bəzilərinin heç də bu xoşuna gəlmir və bizə qarşı kampaniyalar yaradırlar”.

 

"Bir futbol rəhbərliyinin nə qədər uğursuzluqları olmalıdır ki, istefa versin” Dadaşlinskinin yarı tənqid, yarı istehzalı sualı qarşısında Elxan Məmmədov təmkinli cavab verib:

 

"Bu qərarı futbol ictimaiyyəti qəbul edir. Onlar bizi seçirlər. Bu bütün dünyada belədir. Təəssüf ki, AFFA-nın bütün fəaliyyətini milli komanda ilə əlaqələndirirsiz. Həmin milli komanda 3 il bundan qabaq gözəl nəticə qazanmışdı, hamı bir-birini təbrik edirdi. Gələcəkdə ə bu olacaq”. (yeni sabah)



XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031