Dağ yəhudiləri İsraildən küsüb Azərbaycana qayıdırlar — Ekspert

Dağ yəhudiləri İsraildən küsüb Azərbaycana qayıdırlar — Ekspert
 

"Knessetə (parlamentə) 21-ci çağırış seçkiləri aprelin 7-də keçirilib, lakin Likud Partiyasının sədri Benjamin Netanyahunun kabineti formalaşdıra bilməməsi ucbatından sentyabrın 17-də təkrar seçkilər keçiriləcək".


Sfera.az "ISNA” agentliyinə istinadla xəbər verir ki, İsrail üzrə mütəxəssis Miqdad Həsəninin İsraildə yaşayan Qafqaz yəhudilərinin sosial-iqtisadi vəziyyəti və mədəni problemləri, habelə siyasi fəallığı haqqında analitik məqaləsi bu sətirlərlə başlayır.


Qafqaz yəhudilərinin İsrailə köçünün 1980-90-cı illərdə baş verdiyini qeyd edən müəllif yazır ki, dağ yəhudiləri, əsasən, Nafha, Cəlil, Miqdal Hamaq, Kiryat-Yam, Or Akiva və s. yaşayış məntəqələrində məskunlaşıblar və bu gün İsraildəki Qafqaz icması təxminən 6 min nəfərdən ibarətdir.


"İsrail hökuməti əvvəlcə Qafqaz yəhudilərini çox sayda infrastruktur və yaşayış problemi olan bölgələrə köçürüb və qafqazlıların özləri də bu maneələrin öhdəsindən gəlmək üçün çalışıblar”.


Or Akivanın keçmiş bələdiyyə başçısı Simha Yusufovun sözlərinə görə, şəhərdə Qafqaz yəhudiləri üçün ticarət, sağlamlıq və istirahət mərkəzləri hələ də yoxdur. Əksər evlərin təmirə ehtiyacı var.


İqtisadi problemlərlə yanaşı, Qafqaz yəhudilərini ən çox narahat edən sosial-mədəni problemlərdir.


Yazının davamında deyilir: "Beer-Şerva şəhərindəki bəzi gənclər öz eyniyyətini yenidən əldə etmək, təhqir və ayrı-seçkiliklə üzləşməmək üçün Qafqaza qayıdıblar və mənşə bölgələrində, xüsusən də Azərbaycan Respublikasında yaşayan yəhudilərin daha yüksək sosial status və ləyaqətə sahib olduqlarını başa düşüblər. Onlar müsəlman əhali arasında yaxşı mövqe sahibidirlər…”


Ekspert yazır ki, dağ yəhudiləri özünəməxsus mədəni meyarlarına görə hələ də İsrail cəmiyyətinə inteqrasiya oluna bilmirlər. Qafqaz icmasının problemlərini həll etmək üçün güclü demokratik alətlərdən də yararlanmaq imkanı yoxdur.


Müəllifin qənaətincə, Knessetin 21-ci çağırışı da Qafqaz yəhudilərinin problemlərini vaxtında həll edə bilmək gücündə deyil.(Reyting.az)


 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...