D vitamini əskikliyindən yaranan 10 xəstəlik - Bağırsaq, ürək, şəkər, vərəm...

D vitamini əskikliyindən yaranan 10 xəstəlik - Bağırsaq, ürək, şəkər, vərəm...
D vitamini insan sağlamlığı üçün vacib olan maddələrdən biridir. Bu vitaminin çatışmazlığı bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər.
Sfera.az xəbər verir D vitamin çatışmadıqda, əsasən aşağıdakı 8 xəstəlik yaranır:

Zökəm

Zökəm adətən qış aylarında günəşə həsrət qaldığımız dövrdə tüğyan edir. D vitamini çatışmazlığı orqanizmin zökəm və infeksiyalara yoluxma riskini artırır.

Yüksək qan təzyiqi

Aparılan tədqiqatlara görə, yüksək təzyiqdən əziyyət çəkən insanların qəbul etdikləri dərman siyahısına D vitaminini əlavə etməklə, onların səhhətində yaxşılığa doğru dəyişiklik müşahidə olunub. Bununla yanaşı həmin şəxslərin qanında laxtalanma yaxşılaşıb, eləcə də damar qıcıqlanmaları azalıb.

Xərçəng

D vitamini çatışmazlığı xərçəng xəstəliyinin süd vəzi, yumurtalıq və mədəaltı vəzi kimi bir neçə növü ilə əlaqədardır. Tədqiqatların nəticələrinə görə, orqanizmdə yetərincə D vitamini olan insanlar bu dəhşətli xəstəliyə qarşı daha davamlı olurlar.

Karies, ağız boşluğu və dişlərin xəstəlikləri

Günəş işığı çatışmazlığı birbaşa D vitamininin çatışmazlığına yol açır, bu isə dişlərin daha həssas olmasına səbəb olur, karies və digər ağız boşluğu xəstəliklərinə məruz qalmasına gətirib çıxarır. Çoxsaylı tədqiqatlar sübut edir ki, D vitamininin orqanizmdə yetərli dərəcədə olması dişlərin kalsium tərkibini yaxşılaşdırır, əks halda isə kariesin inkişaf riski artır.

Bağırsaq xəstəlikləri

ABŞ, Hindistan və Avropada aparılmış tədqiqatlar nəticəsində həzm prosesində yaranan Kron, İBC, kolit xorası kimi problemlər ilə D vitamini çatışmazlığı arasında əlaqə aşkar edilib. Tədqiqatın nəticələrinə görə, günəş işığının az olduğu ərazilərdə yaşayan insanlar İBS xəstəliyinə daha çox məruz qalırlar.

Sümük, əzələ, oynaq ağrıları

İstənilən yaşda D vitamini əskikliyi bədəndə müxtəlif ağrılara səbəb olacaq. Eləcə də qadınlarda osteoporoz sümük əriməsi daha da sürətlənir.

Sonsuzluq, cinsi zəiflik, uğursuz hamiləlik

D vitamini əskik olan qadınlarda hamiləlik zamanı döl də bu defisitlə doğulur və onda raxit xəstəliyi yaranır.
Eləcə də D vitamini az olanda hamilə qalmaq çətinləşir. D vitamini az olan anaların autizmli uşaq dünyaya gətirmək riski də yüksəkdir.

Depressiya, demensiya, Alsgeymer

D vitaminiaz olan insanların yaşlaşdıqda beynində dəyişikliklər sürətlənir, beyni qocalır, demensiya problemləri yaranır. D vitamini az olanlarda depressiya, apatiya, müxtəlif psixi problemlər, həyatdan küsmə halları olur.

Diabet xəstəliyi

Son zamanlar niyə insanlarda diabet xəstəliyi artıb. Bunun da D vitamini ilə əlaqəsi sübut olunub.

Dİgər xəstəliklər: miqren. baş ağrıları, ürək problemləri, erzema, iltihabi xəstəliklər, yuxusuzluq, dağınıq skleroz, piylənmə, qıcolımalar. diş problemləri, vərəm və s.

Yay aylarında hər gün səhər və günortadan sonra 1 saat qolları, kürəyi və ayaqları açıq gəzmək, gün vannası qəbul etmək, çimərlikdə olmaq lazımdır. Amma D vitamini həmişə tükənir. Ona görə yayda aldığınız ehtiyat 3 aya itə bilər. Bu səbəbdən əlavə vitamin qəbulu və qida ilə D vitamini almaq vacibdir. /medicina.az

OXŞAR XƏBƏRLƏR

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...