D vitamini çatışmazlığı səhhətinizdə hansı problemləri yaradır?

D vitamini çatışmazlığı səhhətinizdə hansı problemləri yaradır?
"Bu gün dünyada hər dörd adamdan biri D vitamini çatışmazlığından əziyyət çəkir. Günlük vitamin D-nin 90%-i günəş şüasının təsiri ilə yaranır.  Ultrabənövşəyi şüaların təsirindən xolesterol D vitaminə çevrilir. Xolesterol da az olarsa, D vitamini az olur. Günəş əleyhinə olan kremlər də bu şüaların qarşısını alaraq D vitaminin yaranmasına əngəl olur. İnsanlar arasında "qaralmaq və D vitamini" ilə bağlı yanlış fikirlər var. Bəziləri düşünür ki, dərisi qaralmırsa, onda D vitamini yaranmır. Əksinə, ağ dəridə D vitamini daha qısa zamanda yaranır. Bu təbiətin möcüzəvi tarazlığıdır. Çünki ağ dəri günəş altında qaldıqca daha çox yanma və xərçəng riskinə malik olur. D vitaminin tez yarandığını bilməyimiz, bizə bu riskdən uzaq olmağa kömək edər. Qara dəridə isə əksinə, D vitamini gec yaranır”. 

Pediatr Aytən İsmayılzadə Sfera.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, vitamin D çatışmazlığı bir aysberq hesab edilsə, o aysberqin əsas görünən tərəf uşaqlarda sıx görülən "raxit” xəstəliyi olar. Lakin D vitamininin əsas funksiyası yalnız diş-sümük möhkəmlənməsi deyil”.

Pediatr D vitamininin digər əsas funksiyalarını da açıqlayıb: 

"O aysberqin suyun altında qalan böyük hissəsi osteoporoz, depressiya, xroniki ağrılar yorğunluq, immunitet zəifliyi, xərçəng riski kimi daha ciddi problemləri özündə saxlayır.

Vitamin D hormonabənzər vitamindir, ya da vitaminəbənzər hormon olmaqla orqanizm üçün çox, vacibdir. Vitamin D çatışmazlığı immun zəifliyinə səbəb olduğu kimi, artıqlığı da immun zəifliyə səbəb olur. D vitamininin orta günlük doza 400B/V.dir. 40000B/V- dan aşağı dozası toksiki deyil”.

Pediatr bildirib ki, vitamin D əksikliyi riski olanlar, qanda vitamin D-ni yoxlatdırmalı və vitamin D qəbul etməlidir.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR