İdman

DÇ-də Messinin penaltisini dəf edən qapıçı "Qarabağ"da

DÇ-də Messinin penaltisini dəf edən qapıçı
Yeni mövsümün hazırlığını davam etdirıən "Qarabağ” növbəti transferini reallaşdırmaq üzrədir.

Sfera.az xəbər verir ki, söhbət İslandiya millisinin qapıçısı Hannes Halldersondan gedir.

Məsələ burasındadır ki, Ağdam təmsilçisi rəsmi "facebook” sahifəsində yeni transerlərlə bağlı maraqlı şəkil paylaşıb.

Bir qədər düşündükdə isə yeni transferin İslandiya millisinin qapıçısının olduğu şübhə yaratdmır.

Qeyd edək ki, 34 yaşlı qolkiper Argentina ilə oyunda Lionel Messinin penaltisini qaytarmaqla diqqət çəkmişdi. O, həm də ölkəsində sənədli film, klip və reklam rejissoru kimi tanınır. 34 yaşlı qapıçı son dəfə "Koka-kola”nın dünya çempionatı üçün hazırladığı reklamı çəkib.

Onu da qeyd edək ki, təcrübəli əlcək sahibinin son klubu Danimarkanın "Renders” klubu olub.(yeniçağ.az)

XƏBƏR LENTİ