İdman

DÇ-2018: İşdən icazə alıb, Messiyə qarşı oynadı - FOTO

DÇ-2018: İşdən icazə alıb, Messiyə qarşı oynadı - FOTO
Dünya çempionatının D qrupunda yer alan İslandiya millisi ilk oyunda Argentina ilə bərabərə qalaraq bir daha diqqətləri öz üzərinə çəkməyi bacarıb.

Sfera.az xəbər verir ki, millinin futbolçuları öz həyat hekayələri ilə ön plana çıxırlar.

Məsələn, yığmanın müdafiəçisi Birkir Sevarsson dəniz duzu istehsal edən fabrikdə işləyir. O, mundiala qatılmaq üçün iş yerindən icazə alıb.

Lionel Messi kimi dünya ulduzuna göz açmağa imkan verməyən 33 yaşlı müdafiəçi açıqlamasında bunun normal bir şey olduğunu bildirib: "Mənim fabrikdə çalışmağım dünya çempionatının final mərhələsində iştirak etməyimizdən daha normaldı”.

Qeyd edək ki, sözügedən qarşılaşmada Messinin vurduğu penaltini dəf edən İslandiya millisinin qapıçısı Hannes Tour Halldoursson ölkəsində tanınmış rejissordur. O, "Coca-Cola”nın dünya çempionatı üçün hazırladığı klipi çəkib.(yeniçağ.az)
 

XƏBƏR LENTİ