“Üçüncü dünya müharibəsi Qarabağda başlayacaq”

“Üçüncü dünya  müharibəsi Qarabağda başlayacaq”

Məşhur amerikalı jurnalist və politoloq Robert Farli "The National Interest" analitik nəşrində III Dünya müharibəsinin başlama ehtimallarına dair növbəti (sayca üçüncü) proqnozunu açıqlayıb.

 

Farlinin fikrincə böyük güclər arasında qlobal qarşıdurma təhlükəsi, əvvəlki dövrlərə nisbətən daha çoxdur.

Farli hesab edir ki, Çin və ABŞ arasında ticarət müharibəsi üçüncü dünya müharibəsinə çevrilə bilər. Bu halda, "detonator" Cənubi Çin dənizi olacaq.

Kentukki Universitetin professoru Ukraynanı qlobal hərbi qarşıdurmanın digər bir potensial məkanı hesab edir. Onun fikrincə Kerç boğazında baş verən son hadisə, təkcə Kiyev və Moskva arasında deyil, həm də Rusiya ilə NATO arasındakı gərginliyin kəskin artmasına səbəb olub.

 

Alim Amerikanın İrana sərt təzyiq göstərməsini, həmçinin Yəməndə davam edən hərbi münaqişə və Suriyadakı hərbi-siyasi qeyri-sabitlik səbəbindən növbəti təhlükəli zona kimi Fars körfəzini göstərib.

 

Robert Farlinin sözlərinə görə, iki Koreya arasındakı münasibətlərdə "gərginliyin azaldığı" görünsə də, Koreya yarımadası yenə də, "barıt çəlləyi" olaraq qalır. Politoloqun fikrincə, KXDR əslində öz nüvə və raket işləmələrini dayandırmayıb. Və bu, regionda daha sərt gərginlik burulğanına gətirib çıxara bilər.

 

Bununla yanaşı, o, qeyd edib ki, üçüncü dünya müharibəsi bu gün lokal hesab edilən hərbi qarşıdurmadan da baş verə bilər, məsələn, Rusiya və Baltikyanı ölkələr, Ermənistan və Azərbaycan arasında, həmçinin Kəşmir və ya Venesueladakı münaqişələr səbəbindən.

 

"Daha az kritik münaqişələr dünyanın diqqətini cəlb edə bilməz, bu isə o deməkdir ki, bəzən onlar, kimsə nə baş verdiyini anlayana qədər, ciddi qarşıdurmaya çevrilə bilər", - deyə amerikalı ekspert bildirib və bu, Baltikyanı ölkələrdə, Azərbaycan (Dağlıq Qarabağ - red.), ABŞ, Venesuela və ümumiyyətlə dünyanın istənilən başqa ölkəsində baş verə bilər.report


OXŞAR XƏBƏRLƏR

Bu bitki xərçəngin müalicəsində FAYDALIDIR - Həkimdən AÇIQLAMA

Əsrlər boyu xalq təbabətində istifadə edilən zəncirotu bitkisi 25 xəstəliyi müalicə edir.   Sfera.az xəbər verir ki, bu bitkinin yarpaqları, kökü və...

“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

“McDonald’s Azərbaycan” şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gün...

“Antimilli ünsürlər Azərbaycan-Türkiyə əlaqələrinə zərbə vurmağa çalışırlar” – Sahib Alıyev

“Antimilli ünsürlər son zamanlar yenə də haylarla çiyin-çiyinə verərək Azərbaycan-Türkiyə əlaqələrinə zərbə vurmağa çalışırlar”.    ...

DTX nümayəndələrinin maaşı ilə bağlı QƏRAR

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı və gəl...

Millət vəkilləri Xəzərdə süni adanın inşası ilə bağlı məsələni MÜZAKİRƏ ETDİLƏR

“Xəzər dənizinin əvvəl 300, indi isə 140 metr məsafəsində tikinti işləri aparmaq olmaz. Əgər dənizin ortasında hansısa adalar yaradırıqsa, digər qanun lay...

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV EDİLDİ

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır.    Sfera.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ...